Rusiyanın “Paris Hilton”u adlandırılan 38 yaşlı Kseniya Sobçak teleaparıcı və aktrisadır. Bütün bunlardan əlavə isə teleaparıcı bir dəfə ölkəsində prezidentliyə namizəd olub. Ölkənin ən çox qazanan Instagram bloggeridir.


Forbes Russia, 2019-cu ildə Instagram üzərindən ən çox qazananların siyahısını açıqlayıb. Nəticələrə görə isə o ölkəsində bu sahə üzrə lider olub.


Jurnal hər bir istifadəçini “Instagram” səhifələrindəki reklam və sponsorluq postlarından qazandıqları gəlirə görə sıralayıb. Siyahıda yer alan 15 adın hamısı əyləncə sahəsindəki insanlardır və onlardan yalnız ikisi kişidir.



Forbes, 2019-cu ildə Sobçakın Instagram reklamlarından 1,5 milyon dollar gəlir qazandığını bildirib.


GetBlogger influencer platformasının marketinq direktoru Mixail Karpuşinin dediklərinə görə, qadınlar “Forbes” siyahısında üstünlük təşkil edirlər, çünki yaratdıqları məzmun, həm kişi, həm də qadın izləyiciləri üçün maraqlıdır.


Kseniyanın hazırda “Instagram”da 7 milyondan çox (daha dəqiq 7,7 milyon-red.) izləyicisi mövcuddur.



Paylaşımlarına gələn ortalama bəyənmə sayı 83 140-dır. İzləyicilərinin böyük bir qismi xanımlardır. Həmçinin, Kseniyanın izləyiciləri üzərindən çata bildiyi auditoriya 90 faizdən çoxdur. Paylaşım sayına qazandığı gəlir 15,485 - 25,809 dollar intervalındadır.


Kseniya gündəmə bir sıra qalmaqallar ilə də gəlsə də, əsasən fəaliyyəti ilə səs gətirib.


Müəllif: Fidan Əzizova