Bu günlərdə Photoshop xidmətlərini onlayn təqdim edən şirkətlər arasında rəqabət olduqca yüksəkdir, buna görə də əgər platforma rəqabətdə yaxşı yerini qorumaq istəyirsə, dəri rötuşu, rəng korreksiyası, interyer, foto manipulyasiya sifariş etmək imkanı,köhnə fotoşəkillərin bərpası (restorasiyası) kimi ən çox tələb olunan xidmətləri də irəli sürməlidir; təkcə sosial media rötuşu kifayət deyil. Bu yazı da 7 ən yaxşı Photoshop xidməti təsvir olunub. Ən yaxşı xidməti seçərkən görüntü rötuşunun keyfiyyəti, veb sayt naviqasiyası, iş nümunələri, qiymət, endirimlər və müştəri dəstəyi kimi xüsusiyyətlərə diqqət yetirdik.
1.FixThePhoto
Təqdim olunan xidmətlər: Portret, toy, yeni doğulmuş körpə, məhsul, daşınmaz əmlak fotoşəkillərinin redaktə olunması, şəkil manipulyasiyası, fotoşəkil restorasiyası,
Qiyməti: 0,20 ilə 50 dollar arasındadır
Hazır olma müddəti: 1 iş günü
Üstün cəhətləri: FixThePhoto Photoshop xidməti çox saylı pozitiv rəylərə və yaxşı nüfuza sahib olan bir platformadır. Burada çalışanlar müştərilərin istəklərinə qarşı çox diqqətlidirlər və əgər siz nəticə ilə razı qalmasaz onlar lazım olan bütün dəyişiklikləri ödənişsiz olaraq yerinə yetircəklər.
Əgər siz bu Photoshop xidmətini istifadə etmək qərarına gəlsəz sadəcə onların saytına daxil olub Şəkil Rötuşləmə Xidmət Paketlərindən (Photo Retouching Service Packages) birini seçin. Daha sonra öz hesabınıza daxil olun və şəklinizi yükləyin. Gördüyünüz kimi proses həqiqətən sürətlidir.
Bundan əlavə, əgər sizin sifarişiniz böyükdürsə, bu zaman siz 15-30% endirim əldə edə bilərsiniz. Biz həmçinin onların fotoqrafiya avadanlıqlarını necə seçəcəyinizi, özünüzü peşəkar fotoqraf kimi necə tanıdacağınızı və ya Adobe Photoshop-a hansı pulsuz alternativlərdən istifadə edə biləcəyiniz barədə faydalı məsləhətlər tapa biləcəyiniz bloglarını da bəyənirik.
Üstəlik, FixThePhoto daha yaxşı nəticələr əldə etmək üçün əlavə rəng düzəlişləri də edir. Üz korreksiyası kimi dəri tonunun yaxşılaşdırılması da ən yüksək səviyyədə idi. Qırışları, göz altındakı çantaları və saçları təmizləmək mümkündür.
Zəif cəhərləri: Tapılmadı
2. WeEdit.Photos
Təqdim olunan xidmətlər: Kəsmə, rəng düzəltmə, təməl gözəllik rötuşu, bədən rötuşu, portret, toy fotoşəkillərini redaktə etmək
Qiymət: Bir şəkil üçün 0,20 ilə 10 dollar arasında
Hazır olma müddəti: 2 iş günü
Üstün cəhətləri: Bu onlayn Photoshop xidməti daha çox portret və toy fotoşəkili rötuşuna yönəlmişdir.WeEdit.Photos Photoshop xidməti fotoşəkillərin düzəldilməsi üçün bir neçə səviyyə təklif edir, məsələn, siz bəzi əsas xidmətlər və ya əlavə xidmətlər sifariş edə bilərsiniz. Bu Photoshop xidmətinin asan naviqasiya olunan veb saytı da var. Ümumiyyətlə, göz və dəri rötuşu ilə yaxşı işləyirlər. Ləkələr və sızanaqlar görünmür.
Zəif cəhətləri: Sifarişi 2 iş günü ərzində hazır edirlər. FixThePhoto isə bunu, həm daha sürətli, həm də daha keyfiyyətli edir.
3. WeddingRetouching
Göstərilən xidmətlər: Rənglərin korreksiyası, təməl gözəllik rötuşu, bədən rötuşu, portret, toy fotoşəkili redaktə edilməsi
Qiymət: hər şəkil üçün 2 ilə 10 dollar arası
Hazır olma müddəti: 2-3 iş günü
Üstün cəhətləri: Toy rötuşundan başqa (adından da göründüyü kimi), WeddingRetouching Photoshop xidməti portret rəng korreksiyaları, bədən rötuşları, arxa planın çıxarılması, ağ-qara şəkillərin redaktə edilməsi, ailə şəkillərinin redaktəsi və fotomontaj kimi xidmətlər təklif edir.
Ümumilikdə isə göstərilən Photoshop xidmətləri bizi qane etdi. Onlar lazımsız elementləri sildilər və yaxşı rəng düzəlişləri etdilər.
Zəif cəhətləri: Yuxarıda qeyd olunan digər Photoshop xidmətləri ilə müqayisədə bir az arxada qalır.Bundan ziyadə, foto restorasiyası xidmətlərinə ehtiyacınız varsa, bu şirkət kömək etməyəcəkdir.
4. HighEndBeautyRetouching
Təqdim olunan xidmətlər: Yüksək keyfiyyətli gözəllik korreksiyası, saç rötuşu, HDR kompozisiya, arxa planın dəyişdirilməsi
Qiymət: Bir şəkil üçün 10-150 dollar arasında
Hazır olma müddəti: 2-3 iş günü
Üstün cəhətləri: Bu Photoshop xidməti yalnız yüksək səviyyəli rötuşləmədən başqa xidmət göstərmir. Reklam məqsədli fotoşəkillər üçün, jurnal örtüklərinin, reklam lövhələrinin və s. rötuşu üçün faydalıdır.
Veb saytlarında FAQ səhifəsinə daxil olsanız, maraqlandığınız bütün suallara cavab tapacaqsınız. Yüksək keyfiyyətli rötuşla məşğul olduqları üçün qiymət digər şirkətlərin tələb etdiyi qiymətlərdən yüksəkdir. Bir şəkil üçün ən azı 10 dollar ödəməlisiniz.
HighEndBeautyRetouching işini ən yüksək səviyyədə gördü və bizi məyus etmədi. Mütəxəssislər lazımsız saçları aradan qaldırdı, detalları qoruyaraq hamar dəri görünümünə nail oldular. Nəticələrdən məmnun qaldıq.
Zəif cəhətləri: Şəkillərin redaktə olunması 3 iş günündə başa çatdı. Bu müddət rəqiblərin hazır etmə müddətindən daha uzundur.
5. Damaged Photo Restoration (Zədələnmiş fotoşəkillərin bərpası)
Təqdim olunan xidmətlər: Sudan zədələnmiş fotoşəkillərin restorasiyası, fotoşəkillərin təmiri, köhnə fotoşəkillərin rənglənməsi, köhnə fotoların bərpası
Qiymət: Bir şəkil üçün 25 ilə 50 dollar arasında
Hazır olma müddəti: 3-5 iş günü
Üstün cəhətləri: Bu onlayn Photoshop xidmətinə müraciət etsəniz, sizə yalnız foto restorasiyası xidməti göstəriləcək. Üç bərpa səviyyəsi təklif edirlər: standart, premium və extreme. Bu səviyyələr qiymətə və düzəlişlərin sayına görə fərqlənirlər.
Mütəxəssislər şəkilləri bərpa edir, rəngləri canlandırır və dəqiqliyi artırır. Qiymət ən aşağı olmasa da, bu xidmətlər bu qiymətə dəyər. Şirkət olduqca faydalı müştəri xidmətlərinə malikdir. Hər hansı bir problem ortaya çıxarsa, asanlıqla həll edəcəklər.
Zəif cəhətləri: Əlbəttə ki, onların hazır olma müddəti FixThePhoto ilə müqayisədə daha uzundur, lakin bunun fotoşəkilin restorasiyası olduğunu və daha çox vaxt tələb etdiyini nəzərə almalıyıq.
6. PhotographersEdit
Təqdim olunan xidmətlər: Kəsmə, rəng korreksiyası, portret və toy fotoşəkillərini rötuşu,ticarət və daşınmaz əmlak şəkillərinin redaktə edilməsi
Qiymət: Bir şəkil üçün 0,14 ABŞ dollarından saatda 40 dollara qədər
Hazır olma müddəti: 5-6 iş günü
Üstün cəhətləri: Bu platforma artıq 12 ildir ki, bazarda olan Photoshop xidmətidir.Onların necə işlədiyini görmək istəyirsinizsə, nümunə şəkillər olan bölməyə baxın.
Zəif cəhətləri: Ən yaxşı Photoshop xidmətini alacağımızı gözləyirdik, amma səmimi desək, bir az məyus olduq. Əldə etdiyimiz nəticələrə görə, onların işçiləri həqiqətən peşəkar deyillər. Saçları və dərini rötuşlamamış və rəngləri heç də canlandırmamışdılar.
7.Tucia
Təqdim olunan xidmətlər: Rəng korreksiyası, sızanaqların və ləkələrin aradan qaldırılması, dəri tonlarının hamarlaşdırılması, makiyajın yaxşılaşdırılması, parıltı və qırışların azaldılması, bədən formasının düzəldilməsi, fonun dəyişdirilməsi
Qiymət:1 kredit üçün 8 dollar
Hazır olma müddəti: 5-7 iş günü
Üstün cəhətləri: Tucia özünü ən yaxşı onlayn Photoshop xidmətlərindən biri kimi təsvir edir. Sadə bir veb dizaynına sahibdirlər və sifariş proseduru olduqca sürətlidir.
Zəif cəhətləri: Sifarişin hazır olma müddəti 1 iş həftəsi oldu. Bu müddət çox uzundur və yalnız bir fotoşəkil olduğu üçün nəticələrin daha sürətli olacağını gözləyirdik. Bundan əlavə, fotoşəkil rötuşu da qənaətbəxş deyildi.
Görünür, bütün düzəlişlər peşəkarlar tərəfindən deyil, yeni başlayanlar tərəfindən edilmişdir. Rənglər çox doymuş, aydınlıq və kontrast o qədər yüksəkdir ki, gizlətmək əvəzinə bütün çatışmazlıqları vurğulayırlar.
Müəllif: Leyla Kərimova




