LʼOreal günümüzdə ziddiyyətli iş münasibətləri və tərzi olan, müştərilərin və istehlakçıların istəklərini nəzərə alaraq yerli məhsullara uyğun məhsullar istehsal edən nəhəng bir bazar- kosmetik markadır.
Dünyanın 130-dan çox ölkəsində fəaliyyət göstərən bir kosmetika nəhəngi olan L’Oreal-ın 2001-ci ildən bu yana 13,7 milyarddan çox dövriyyəsi mövcuddur. Şirkət, 2001 və 2002-ci illərdə müvafiq olaraq 19,6% və mənfəət olaraq isə 26%-dən çox artım əldə etmişdir. L’Oreal-ın marketinq arenasındakı müxtəlif marketinq fəaliyyətləri şirkətin və bazardakı payının davamlı böyüməsi ilə nəticələnir. Şirkət məhsul və xidmət dizaynı sahəsində də digər şirkətlərdən fərqlənir; qablaşdırma, marka adı/loqosu, qiymət, reklam, satış təşviqi, veb sayt və paylama kanalları.
L’Oreal-ın böyük bir uğura müvəffəq olmasının əsas səbəbi, şirkətin dünyanın müxtəlif ölkələrinin müştərilərinə, fərqli gəlir aralıqları və nümunələr daxilində layiq olduqları uyğun məhsulu təqdim etməsidir. LʼOreal təcrübəsi sayəsində daxil olduğu hər ölkədə uğur qazanır. Çünki, LʼOreal tək bir ölkədə məhdudlaşmasını dayandırmayacaq qədər müxtəlif strategiyalara sahibdir. L’Oreal, məhsulunu dünya səviyyəsində eyni saxlamaqdansa, müştəri tələbi və ölkə istəyini nəzərə almağı seçdi. O, hər beynəlxalq bazarda yerli məhsul olmağı bacardı. LʼOreal markasının genişləndirilməsi də eyni sektorda və ya eyni bazar seqmentində qalaraq baş verdi. L’Oreal, bazarın tamamilə yeni bir sektoruna girməkdənsə, məlumatlı olduğu seqmentdə təcrübəsini artırmağın doğru olduğuna inanırdı.
LʼOreal menecerinin dediyi kimi, “Yerli bazarda güclü olmalısan, amma beynəlxalq imic və strategiya ilə dəstəklənməlisən. Markalarımızın mədəni mənşəyini şaxələndirmək üçün şüurlu bir səy göstərdik”.
Marka genişləndirilməsi sahəsində diqqətli olmaq vacib məqamlardan biridir. LʼOreal da bunu nəzərə alaraq hərtərəfli bir araşdırma apardıqdan sonra markalarını genişləndirmə istiqamətini seçdi. 1998-ci ildə uşaq şampunu kateqoriyasına daxil olmağa qərar verdikdə, yeni bir marka çıxarmaq və ya genişləndirməyə getmək barədə çoxlu müzakirələr başladı. Şirkət bazarda fəaliyyətini sadəcə uşaq məhsulları ilə deyil, qadınlar üçün də məhsul istehsal etməklə davam etdirdi, adının analarla və qadınlarla assosiasiya olunacağı təqdirdə L’Oreal daha da etibar qazanacağını düşünürdü. LʼOreal ilk dəfə LʼOreal Kids şampun seriyasını 1998-ci ilin əvvəlində tanıtdıqda pərakəndə satıcılar buna şübhə ilə yanaşdılar.
Beləliklə, LʼOreal digər nəhəng markalarda da gördüyümüz kimi hər zaman tərəqqiyə və marketinq alətlərinin doğru şəkildə tətbiqinə xüsusi diqqət yetirmiş və heyrətamiz nailiyyətlər əldə etmişdir.
Müəllif: Fidan Əzizova