Facebook özünün video izləmə funksiyasının yeni statistikalarını paylaşıb. Hər ay 1.25 milyarddan çox insan Facebook “İzlə”-yə baş çəkir.


Şirkət bu rəqəmlərin pandemiya dövründə necə dəyişməsi (Məsələn Netflix-dəki kimi külli artım) haqqında xüsusi heç nə deməsə də, proqram rəhbəri Paresh Rajwat belə demişdi: “Karantin başlayanda izləyici rəqəmlərində böyük dəyişiklik oldu və demək olar ki, cəmiyyət özünə gələnə qədər bu rəqəmlər dəyişməyib”.


Facebook “İzlə” 2018-ci ildə istifadəyə verilib. Şirkətin dediyinə görə, keçən ilin iyun ayının sonuna qədər 720 milyon insan ayda bir dəfə ən azı bir dəqiqə Facebook “İzlə”-dən istifadə edirdi.


Rajwat qeyd etdi ki, “İzlə” “Facebook-un sosial təbəqəsi” üzərində paylaşıla bilən funksiya ilə qurulduğu halda baxışlar bu funksiya ilə deyil, birbaşa izləmə ilə baş verir.


"Məqsədimizin olması çox vacibdir" Populyar “creator” və “publisher”-dən olan videolar Facebook-un əsas funksiyası olan ailə-dostlarla əlaqə funksiyasından tamamilə fərqlənir. Bunları bir araya gətirə bilsək, istifadəçilər tam fərqli məhsulla qarşılaşacaqlar.


Rajwat, şirkətin yalnız ümumi izləyici sayını əsas götürmədiyini də əlavə etdi. Bildirdi ki, “reaksiyalara və şərhlərə və paylaşımlara” baxanda “məzmunumuzun işlək vəziyyətdə olduğunu” görə bilərsiniz. (Reklamçılar Facebook Watch-da tamaşaçı nisbətinin həqiqi dərəcəsi ilə də maraqlandılar.)


Keçən il texnologiya və media şirkətlərinin hamısı özlərinin izləmə xidmətlərini başlatmaq üçün böyük bir sərmayə yatırdıqları vaxt Facebook ssenarisiz köhnə məzmunu ilə müqayisədə olduqca zəif görünürdü. Ancaq indi “İzlə”də göstərilən məzmunu Netflix və ya Disney-də tapa bilməzsiniz. Rajwat-ın dediyi kimi, “Fokuslandığımız nöqtə daha çox insanların müzakirə etdiyi sosial mövzulardakı məzmuna diqqət yetirməkdir. “Məsələn, Jada Pinkett Smith və ailəsindən bəhs edən, Will Smith və Jada'yı evlilik problemlərini müzakirə etmək üçün bir araya gətirməyə çalışan yayda trend olan bir tok-şou -"Red Table Talk"a (Qırmız stol müzakirələri)


Facebook, Red Table Talk-un oktyabr ayında Gloria Estefan, qardaşı oğlu Lily və qızı Emily ilə birlikdə “Red Table Talk: The Estefans” adlı başqa bir versiyasını təqdim etməyi planlaşdırır.


Uğurlu və orijinal Facebook Watch şousunun başqa bir nümunəsi olaraq Rajwat, aparıcı Mike Rowenin gündəlik qəhrəmanlarla söhbətləşdiyi, Emmy mükafatlı proqram “Returning the Favor“ “Xeyirxahlığın qaytarılması”nı göstərdi.


Rajwat, pandemiya dövründə canlı proqramların əhəmiyyətli dərəcədə artdığını söylədi. Buna UEFA Çempionlar Liqası finalını 13,7 milyon adam izləyən canlı idman daxildir və bu, Facebook Watch-da indiyə kimi ən populyar futbol yayını oldu. Və bu yaxınlarda Facebook, yayıncıların və digər müəssisələrin canlı onlayn tədbirlərə giriş haqqı üçün ödəniş tələb edəcəklərini, Facebookun isə gələn il üçün heç bir ödəniş tələb etməyəcəyini açıqladı.


Sayt ayrıca yayda lisenziyalı musiqi videoları da əlavə etdi və Katy Perry "Smile" adlı musiqi klipinin yalnız Facebook Watch-da premyerası oldu və burada "milyonlarla" pərəstişkar tərəfindən izlənildi.


Facebook Watch-da şirkət tərəfindən xüsusi vurğulanan uğurlu yayıncılar arasında UFC kimi təşkilatlar, BuzzFeed kimi böyük yayıncılar və Benito Skinner və Brandi Guice, Braannxo kimi fərdi yaradıcılar, gəlirlərinin 98%-ni Facebook Stars və fan abunəçilərindən əldə edirlər.


Gələcək üçün Rajwat, əsas prioritetin "insanlara həqiqətən maraqlandıqlarını göstərmək üçün daha çox sərmayə qoymaq" olduğunu söylədi. Bu məqsədlə istifadəçilər artıq Facebook Watch-un fərqli mövzularını araşdıraraq abunə ola, öz səhifələrində izləyə bilirlər.


Müəllif: Humay Hüseynli