Bir zamanlar mobil telefonların lüks sayıldığı vaxtlar var idi. Həmin dövrlərdə dünyada tanınmış və etibarlı mobil telefon markaları və şirkətləri də az idi. Motorola və Nokia kimi markalar mobil telefon bazarını idarə edirdi. Texnoloji inkişaf və tələbdəki böyük artım səbəbiylə daha çox şirkət cib telefonu istehsalına qatıldı.


Əvvəlki mobil telefonlar sadə idi və yalnız telefon zəngləri və mesajları almaq və göndərmək üçün nəzərdə tutulmuşdu. İndi isə dünya çox dəyişib. Hazırda smartfon adlandırılan cihazlar həqiqətən ağıllı işlər görə bilirlər. Smartfonlar 20 ildən az bir müddətdə həyatımızın vacib elementinə çevrildi. Artıq telefonlar olmadan özümüzü tamamlanmamış hiss edirik, sanki nə isə çatışmır. Buna görə də smartfon istehsalçılarının biznesi gündən günə daha da böyüyür.


Budur TOP10 mobil telefon markası (xüsusi sırasız)


Samsung



Samsung Electronics 1938-ci ildə əsası qoyulmuş Cənubi Koreya şirkətidir və çox etibarlı bir markadır. Ən qabaqcıl texnologiyası və ağıllı xüsusiyyətləri ilə Samsung mobil telefonları bütün dünyada populyarlaşmışdır. Ən son və istifadəsi asan texnologiya və xüsusiyyətlər onu dünyanın ən populyar və etibarlı markası edir. Samsung-un 5 ən çox tanınan telefon modelləri isə aşağıdakılardır:


  1. Samsung Galaxy Note 10+
  2. Samsung Galaxy S10
  3. Samsung Galaxy S10E
  4. Samsung Galaxy Fold
  5. Samsung Galaxy A90 5G

Apple




Apple Inc ABŞ-ın ən yaxşı elektron şirkətlərindən biridir. Apple dünyada İOS adlı öz Əməliyyat Sistemini istifadə edərək iPhone adlı smartfonu istehsal edən ilk şirkət oldu. Apple-ın baş ofisi ABŞ-ın Kaliforniya, Cupertino şəhərindədir. Ən son çıxan Apple mobil telefonları ilə, necə deyərlər, pulunuzun haqqını verəcəksiniz. iPhon-un xüsusi özəlliklərinə 3D üz tanıma, face unlock, mühit işığı sensoru kimi bir çox şey daxildir. Markanın satışını sürətləndirən 5 ən populyar Apple (iOS) modelinə aşağıdakılar daxildir:


  1. iPhone XR
  2. iPhone XS Max
  3. iPhone 8
  4. iPhone SE
  5. iPhone X

Huawei



Huawei 1987-ci ildə əsası qoyulan, baş ofisi Shenzhendə yerləşən bir Çin şirkətidir və dünyadakı digər elektron şirkətlər, eləcə də öz markası üçün də mobil telefon cihazları istehsal edir. Dünyadakı ən böyük smartfon istehsalçılarından biridir. Hazırda dünyanın ən yaxşı 50 telekom şirkətinin 80%-dən çoxu Huawei ilə işləyir. Huawei P30, Huawei P20 Pro, Huawei Mate 10 Pro, Huawei P Smart və Huawei Mate 20 X brendin ən populyar modelləri sırasındadır.


Xiaomi



Xiaomi (Mi) Çin şirkətidir və yüksək xüsusiyyətlərə sahib büdcə smartfonları istehsalçısıdır. 2010-cu ilə qurulan və mərkəzi Pekində yerləşən bu şirkət 2016-ci ildə populyarlıq qazandı. Huawei dünyada çox rəqabətli qiymətləri ilə tanınır. Xiaomi Redmi K20, Xiaomi Redmi Note 7 Pro, Xiaomi Redmi Note 5 Pro, Xiaomi Redmi Note 8 Pro, Xiaomi Mi A3 kimi modelləri bazarda mövcüd ən populyar Xiaomi modelləridir.


Motorola



Motorola əsası ABŞ-da qoyulan bir şirkətdir. Şirkət ilk olaraq mobil telefon cihazları istehsal edirdi. 1988-ci ilə qədər bazarda aparıcı istehsalçı idi. Daha sonra isə R&D, marketinq və trendlərin zəifliyi səbəbi ilə şirkət mövqeyini və bazar payını itirdi.


Daha sonra 2011-ci ildə şirkət iki müstəqil hissəyə bölündü - Motorola Mobility və Motorola Solutions. Motorola Mobility 2012-ci ildə Google tərəfindən əldə edildi və daha sonra 2014-cü ildə Lenovo tərəfindən satın alındı.


Motorola-nın ən çox tanınan modelləri sırasına Motorola Moto G5S Plus,Motorola Moto Z2 Force, Motorola One Power, Motorola X4, Motorola One Vision daxildir.


Nokia



Nokia 1858-ci ildə qurulmuşdur və baş ofisi Finlandiya, Espoo-dadır. Nokia mobil oyunlarda populyarlıq qazanmışdır. Bir neçə il əvvələ qədər dünyada mobil telefon bazarına hakim idi və bir növ monopoliyaya sahib idi. Ancaq sonradan vəziyyət dəyişdi. Motorolada olduğu kimi sonradan Nokia da şirkət mövqeyini və bazar payını itirdi. Marka nüfuzunu artıran ən yaxşı Nokia modellərinə Nokia 9 PureView, Nokia 7.2, Nokia 8.1, Nokia 6.1, Nokia 7 Plus daxildir.


Lenovo



Lenovo 1984-cü ildə qurulmuş Çin şirkətidir. Şirkət fərdi kompüterlər, tabletlər, smartfonlar, serverlər, elektron saxlama cihazları və s. istehsalı və satışı ilə məşğuldur. Məşhur Lenovo telefon və smartfon modelləri bunlardır: Lenovo Z2, Lenovo P2, Lenovo K6 Power, Lenovo K5 Note, Lenovo Vibe K5, Lenovo A5, Lenovo Z5, Lenovo Z5 Pro, Lenovo Z5 Pro GT, Lenovo Z5s.


LG



LG-nin baş ofisi Seul,Cənubi Koreyadadır və 1958-ci ildə qurulmuşdur. Cənubi Koreyanın dördüncü ən böyük elektron şirkətidir. Bu marka çox populyar olsa da, mobil telefon istehsalında o qədər də populyar deyil. Məşhur LG mobil telefon modellərinə LG W10 Alpha, LG K41S, LGK51S, LGK61, LG V502 ThinQ 5G, LG G8X ThinQ, LG Q70, LG Stylo 5, LG W10, LG G7 Plus ThinQ, LGV30 Plus və daha çoxu daxildir.


Oppo



Oppo, Çin elektronika və mobil rabitə şirkətidir. 2004-cü ildə əsası qoyulmuşdur. Şirkət aparıcı smartfon, Blu-ray pleyer və digər elektron cihaz istehsalçısıdır. Aparıcı smartfon istehsalçısı olan Oppo, 2016-cı ildə Çində ən yaxşı smartfon markası olmuşdur. Populyar Oppo Mobil Telefonu modelləri bunlardır: OPPO F7, Oppo F3, Oppo F5, Oppo A71, Oppo F5 Youth, Oppo A83, OPPO K1, OPPO F9 Pro, OPPO F11 Pro, OPPO F9.


Vivo



Vivonun baş ofisi Dongguan, Guangdong, Çində yerləşir və 2009-cu ildə qurulub. Şirkət Çində smartfonlar və smartfon aksesuarları, proqram təminatı və onlayn xidmətlər dizayn edir və istehsal edir. 2011-ci ildən etibarən Vivo smartfon biznesinə başladı. 2015-ci ildə 2,7% pay ilə tədricən artan TOP10 Mobil Telefonu Brendlərindən biri oldu.


Vivo Z1 Pro, Vivo Y19, Vivo V17, Vivo U20, Vivo Z1X kimi modellər brendin ən çox tanınan modelləri sırasındadırlar.


Aşağıdakı video da isə Siz 1992-2019 aralığında ən çox satılan Mobil telefon markalarını görəcəksiniz.



Müəllif: Leyla Kərimova