200 ölkə və bölgədə 680 milyondan çox üzvdən ibarət peşəkar iş şəbəkəsi olan LinkedIn yeni funksiyaları ilə istifadəçilərini sevindirməyə davam edir.
Facemark.az xəbər verir ki, platforma Instagram-da ən çox istifadə olunan funksiyalardan biri olan yuxarı sürüşdürməni test edir.
Professional iş axtarma platforması olan LinkedIn də digər media platformaları kimi, öz istifadəçilərinə önəm verir və işlərini asanlaşdırmaq üçün əlindən gələni edir.
Alessandro Paluzzi adlı Twitter istifadəçisinin müşahidəsinə, əsasən, "hekayələr" bölməsinə əlavə olunan yuxarı sürüşdürmə funksiyası istifadəçilərin hiperlinklərdən istifadəsi üçün nəzərdə tutulub.
Bildirək ki, funksiya yaxın günlərdə aktiv olacaq.