Aristotel haqlı idi:


"Keyfiyyət davranış deyil, bir vərdişdir".


“Content Marketing World 2020” mütəxəssislərinin tövsiyələrindən çıxardığımız nəticə budur.


Buna görə CMWorld spikerləri məzmun marketinqinizin hansı elementlərinin vərdiş halına gəlməsi barədə bəzi faydalı fikirlər səsləndiriblər. Daha dəqiq desək, Michigan Biznes Universitetinin marketinq fakültəsinin marketinq üzrə professoru Marcus Collins bunların arasında iki mantranı əsas götürür:


1. İnsanlara fokuslan;


2. İstiqrarlı olun.


İndi keyfiyyətli məzmunu brendinizdə vərdiş halına gətirmək üçün etməyiniz lazım olan bəzi şeylərə nəzər salaq.


Vərdiş 1.Təşəbbüskar olun


Məzmun marketoloqlarının üç nəfərlik komandası var - satış komandası, müştəri və C-suite (şirkətin üst, qərarverici təbəqəsi) Vengreson-un müşəri təmsilçisi Bernie Borges deyir ki, məzmun strategiyanızı planlaşdırarkən bunların hər üçünü nəzərə almalısınız.


Vərdiş 2. Məzmun təcrübəsi yaradın


“Məzmunu hissə-hissə yazaraq hər hissənin ayrılıqda keyfiyyətli olmasına çalışmaq artıq işə yaramır”, - Adobe-nin yaradıcı direktoru Matthew Rayback deyir. Əslində məzmun müştəri təcrübəsinin müştərilərlə üzləşən tərəfidir.


Əlbətdə ki, məzmunun həqiqətən əhəmiyyətli olan hissələrin qarşılıqlı əlaqələri vacibdir, lakin daha vacib olan bu qarşılıqlı əlaqələrin müştəri və marka arasındakı münasibətlər boyunca birlikdə yaratdıqları ümumi təcrübədir. Şirkətlər müştəri məmnuniyyəti əldə etmək istəyirlərsə məzmun və müştəri təcrübəsi istiqamətində aydın strategiyaya malik olmalıdırlar.


Vərdiş 3. Cəlbedici məzmun yaradın


"Məsələn, bir blog yazısı yazarkən yazınızın kimə ünvanlandığına və ünvanlanan şəxsə necə kömək edəcəyini anlayın". Nəticəyə yönəlmiş bu yanaşmanı məzmun yaradıcıları əvvəlcədən özləri üçün aydınlaşdırmalıdırlar.


  • Məzmunun məqsədi - Bu məzmunla tanış olduqdan sonra həmin şəxsin nə etməsini istəyirsiniz? Bu məzmun hissəsi sizin marketinq strategiyanıza necə uyğundur?
  • Tamaşaçılar üçün bir vacib seçim - Bu məzmunla tanış olduqdan sonra onlar fərqli nə öyrənəcəklər və ya nə barədə düşünəcəklər?
  • Növbəti addım - Məzmunla tanış olduqdan sonra tamaşaçı o, nə etməlidir?

Vərdiş 4. Tək yaratmayın


Əvvəlki tövsiyələr auditoriyanızla əlaqə qurmaq haqqında olsa da, bu vərdiş onu növbəti addıma aparır: İzləyicilərinizlə birlikdə yaradın.


Mütəxəssislər deyir ki, yaratdığınız məzmunun yarıdan çoxu istifadəçinin özü tərəfindən yazılmalıdır.


Başqa mütəxəssis deyir: Marketoloqlar təşkilatda ən yaxşı hekayəçiləri tapmalı, onlara ortaya çıxarmalı və onların yolundan çəkilməlidirlər.


Vərdiş 5. Real olana bax


Məzmunu insanlaşdırın. Bir məhsulun xüsusiyyətlərinə və faydalarına fokuslanmaq hələ də öz sözünü deyir. Amma texnologiyanın ötəsinə keçib onu yaradan insanlara, xüsusilə video və podkast yaradanlara fokuslansanız, bu müştəriləri markanıza daha çox cəlb edəcək.


Vərdiş 6. Bacardıqca çox məlumat topla və istifadə et


Yaratdığınız məzmunu və istədiyiniz istiqamətləri təyin etmək üçün keyfiyyət və kəmiyyət məlumatlarından yararlanmağa aludə olun.


Vərdiş 7. Sistemli olun


Pərdəarxası fəaliyyətin həqiqi əhatə dairəsini başa düşdüyünüzdə çatışmazlıqları müəyyənləşdirməyə və aradan qaldırmağa başlaya bilərsiniz.


Məzmun yaratmaq prosesini layihələşdirmək çətin iş deyil. Əvvəlcə yaratmaq, nəzərdən keçirmək və daha sonra nəşr etmək kimi mərhələləri olan sadə bir iş bölgüsü ilə başlayın. Proses plana uyğun gedərsə deadline-a çatmaq üçün əl-ayağa düşməyəcəksiniz. Və auditoriyaya həsr vermək üçün daha çox vaxtınız qalacaq.


Vərdiş 8. Məqsədli olun


Yuxarıdakı 7 möhtəşəm tövsiyədən sonra özünüzü gərgin hiss edirsinizsə rahatlayın və rəqəmsal məzmun marketinq üzrə mütəxəssis Zavarovalnica Triglavın tövsiyəsinə diqqət yetirin: “Başqalarının gördüyü işləri kor-koranə izləməyi dayandırın. Markamıza uyğun olan şey sizin üçün uyğun olmaya bilər, çünki hamımız fərqliyik və bizi özünəməxsus edən keyfiyyətlərə diqqət yetirməliyik.”


Məzmun Marketinq İnstitutunun qurucusu Joe Pulizzi aşağıdakı üç mərhələli formulu təklif edir:


1. Əşyalarınızı yığın və vaxtınızı boş yerə xərclədiyiniz yerlərdən uzaq durun;


2. Bir məzmun hazırlayın və bunu ünvanladığınız insanların həyatını və işlərini daha yaxşı hala gətirməyə kömək etməsinə imkan yaradın;


3. Daha az məzmun yaradın, ancaq onların fərqli və təəccüblü olduğundan əmin olun.


Müəllif: Humay Hüseynli