Son 5 ildə Nike-ın marketinq və reklam xərcləri 17,54 milyard dollar olub.
Facemark.az-ın məlumatına görə, belə bir hesablamanı SafeBettingSites edib.
2019-cu ildəki rəqəm isə builki ilə müqayisədə rekord hesab edilirdi, belə ki, həmin zaman reklama 3,75 milyard dollar xərclənmişdi. 2020-ci ildə isə bu rəqəm 3,59 milyard dollara qədər azalıb. Gəlirlərdə reklam büdcəsinin payı 10% civarında stabil qalıb.
Marka özünün kommunikasiyasında digitala, kreativlikdə emosiyalara, viral effektə və ağızdan-ağıza marketinqə üstünlük verir. Bundan başqa, idman malları istehsalçısı mübahisəli qərarlar verməkdən çəkinmir. Məsələn, 2018-ci ildə brend Amerika cəmiyyətini parçalayan, futbolçu Kolin Kapernik ilə reklam çarxı hazırladı. Belə ki, futbolçu Amerika himni səsləndirilən zaman ayağa qaxmadı.
SafeBettingSites iyulda başa çatan dövr məlumatlarına istinadən yazır ki, 2019-cu ildə Nike-ın gəliri 39,1 milyard dollar olub. Bu il pandemiyadan dolayı isə gəlirlərdə 4,35%-ə qədər azalma olub və 37,1 milyard dollara çatıb.
Mağazalar şəbəkəsi 5% ixtisar edilib. Brend ABŞ-da 46 mərkəzini digər ölkələrdə isə 10 bağlayıb. Nike pərakəndə satış mərkəzləri 2018-ci ildə ABŞ-da 392, ABŞ kənarında isə 790 çatmaqla zirvəyə yüksəlib. İndi isə onların sayı müvafiq olaraq 338 və 758-dir.
Nike üçün prioritet isə onlayn satış kanallarını (Nike Digital) və özünün pərakəndə satış kanallarını genişləndirməsidir.
Consumer Direct Acceleration strategiyası çərçivəsində brend müştəri alış-veriş təcrübəsi haqqında özünün vizyonunu paylaşan markalar ilə əməkdaşlıq edir.
Bunu etməyən digər tərəfdaşlar ilə isə müqavilələrinə isə xitam verir.