Təkbaşına, üstəgəl məktəbi bitirmədən milyonçu olan xeyli sayda uşaq var. Onlar sübut edirlər ki, özünütəsdiq üçün yaşın elə də bir əhəmiyyəti yoxdur. Bu yazımızda 12 milyonçu uşağın nümunəsində uğur hekayələrindən bəhs edəcəyik.
1. Kristian Ouens – Mac Bundle Box paketinin yaradıcısıdır
Kristian ilk milyonunu hələ 16 yaşına çatmadan qazanıb. O, veb-dizayn üzrə təhsil alıb, özünün ilk kompaniyasını isə 14 yaşında qurub. Mac OS X üçün Mac Bundle Box əlavə paketi Kristianı milyonçu edib. Onu motivatoru və ilham aldığı şəxs Apple şirkətinin qurucusu Stiv Cobs olub.
Dərs: Sevdiyiniz sahədə inkişaf edin. İnsanların artıq sahib olduqlarını onlara təklif edin, amma daha ucuz bir qiymətə.
2. Emil Motika və onun Motycka Enterprises şirkəti
9 yaşında Emil özünün biznesini qazon biçimi sahəsində başlayıb. Bu, uşaqlar üçün tipik bir iş görünə bilə, amma o işini daha bir üst səviyyəyə yüksəltməyi bacardı. O, 13 yaşında olan zaman isə qazon biçən aləti almaq üçün 8 000 dollar dəyərində kredit götürdü. 18 yaşında isə Motycka Enterprises şirkətini qurdu, hazırda isə milyonçudur.
Dərs: Sevdiyiniz bir işi görmək sizi uğura aparan yoldur. Ancaq bir işi yaxşı görməklə də uğur əldə etmək olar. Əsas olan odur ki, onu hamıdan ən yaxşısını edəsən.
3. Evan - EvanTube kanalının yaradıcısıdır
Evan YouTube kanalının adı altında özünün EvanTube kanalını yaratdı, həmin vaxt isə onun cəmi 8 yaşı var idi. İndi isə onun milyonlarla abunəçisi var və illik gəliri isə 1,3 milyon dollardır. O, öz yaşındakı uşaqlar üçün oyuncaqlar və digər maraqlı əşyaların xüsusiyyətləri haqqında videolar çəkir. Bu nümunə isə göstərir ki, bəli Minecraft, Angry Birds və Lego! haqqında da danışmaqla milyonçu olmaq olar.
Dərs: İstənilən iş milyonlar gətirə bilər. Asan deyil, amma bir qədər əmək sərf etsəniz mümkündür!
4. Kemeron Conson - Cheers və Tears-ın yaradıcısı
Kemeronun uğura gedən yolu, valideynlərinin təşkil etdiyi şənliyə qonaqlara təklif göndərməsi ilə başlayır. Açıqcalar qonaqların xoşuna gəlir və oğlan yeni sifarişlər almağa başlayır. 14 yaşında isə Cheers and Tears, kompaniyasını yaradır. Daha sonra isə proqram istehsalı və internet reklamı ilə məşğul olmağa başlayır. O, ayda 400 000 dollar qazanan lisey milyonçusu olmağı bacarıb.
Dərs: Mövcud bir bacarığı inkişaf etdirmək üçün yaxşı bir başlanğıc nöqtəsi ola bilər.
5. Adam Hildret - Dubit və Crisp-in yaradıcısı
Adam 16 yaşına gəldiyində milyonçu olmağı bacardı. O, yeniyetmələr üçün Dubit adlı sosial şəbəkəni ərsəyə gətirdi. Sosial şəbəkə Böyük Britaniyada olduqca populyardır. Daha sonra isə o Crisp şirkətini yaratdı. Bu iş uşaqları internetdə təhlükəli tanışlıqlardan müdafiə edir. 2004-cü ildə isə o, Böyük Britaniyada 20 ən varlı yeniyetmə siyahısına daxil olmağı bacarmışdı.
Dərs: Populyar bir trendin başqa bir versiyasını yaratmaq və ehtiyaclar üzərindən getmək də sizi milyonçu edə bilər.
6. Moziya Bridces - Mo’s Bows-in yaradıcısı
Moziya 9 yaşında qalstuk və kəpənək- aksessuarı istehsal edən şirkət yaratdı. Qısa zaman sonra isə onun illik gəliri 150 000 dolları aşdı. Hazırda onunla birgə davam edən bir çox işçisi var. Moziyanın fotosu popular jurnalın üz qabığında çıxıb, eləcə də, Shark Tank adlı reality-şouda iştirak edib. Hazırda isə o xüsusi geyimlər xətti üzərində çalışır.
Dərs: Biznes gərək böyüsün və genişlənsin. İnkişaf üçün həmişə yer olacaq, ən yaxşı komanda bu işdə sizə kömək olacaq.
7. Ceff Deyv və Ketrin Kuk - My Yearbook şəbəkəsinin yaradıcıları
Ceff Deyv və Ketrik Kuk, My Yearbook sosial platformasının yaradıcılarıdır. Facebook ilə oxşar xüsusiyyətlərinə baxmayaraq, tələbələrdən daha çox, məktəblilər üçün nəzərdə tutumuşdu. İdeya isə uşaqlar başqa bir şəhərə köçdükdə və dost qalmağa davam etmək istədiklərindən dolayı yaranmışdı. 6 il sonra sayt populyarlıq qazandı və onlar şəbəkəni Quepasa Corp-a 100 milyon dollar qarşılığında satdılar.
Dərs: ehtiyac olan bir sahəni tapıb, təşəbbüs göstərməkdən çəkinməməlisən. Onları dost olmamaq narahat etməyə bilərdi, ancaq onlar problem öz əllərinə almağa qərar verdilər.
8. Sandjay və Şavran Kumaran - GoDimensions-un yaradıcıları
12 və 14 yaşında Sandjay və Şavran artıq özlərinin şəxsi oyun korporasiyasını idarə edirdilər. Hazırda isə onların əlavələrinin bir neçəsi 35 000-dən çox yükləmə əldə edib. Onların arasında Catch Me Cop.-un populyar oyunları da var. Oyunları yükləmək pulsuzdur, onlar pulu isə reklamın hesabına qazanırlar. Hazırda isə Kumaran qardaşları ideyanın tapılması və necə reallaşdırdıqlarına dair tədbir və konfranslarda iştirak edirlər.
Dərs: Bu nümunə yuxarıda sadaladıqlarımız dərslərin kombinə olunmuş versiyasıdır. Bacarıqların cəmi ilə ortaya mükəmməl bir iş ərsəyə gətirmək olar.
9. Fərhad Asidvalla - Rockstah Medianın yaradıcısı
16 yaşında Fərhad dünya miqyasında 20 əməkdaşı olan Rockstah Media marketinq agentliyini ərsəyə gətirdi. Ola bilər ki, siz onun kompaniyası haqqında eşitmisiniz və ya Fərhadın TED-dəki çıxışına qulaq asmısınız. Hazırda o, ən perspektivli sahibkarlardan biridir. Bir dəfə ondan uğurunun sirrini soruşurlar. O, isə cavabında deyir ki, komanda şirkətimin onurğa sütunudur.
Dərs: Biznesinizi yeni səviyyəyə yüksəltmək üçün, güclü professional komandaya ehtiyac var.
10. Robert Ney - Bubble Bal oyunun yaradıcısı
Robert 14 yaşında, Bubble Ball oyununu bazara çıxarandan cəmi 2 həftə sonra 2 milyon dollar qazanıb. Hazırda oyunun yüklənmə sayı 16 milyonu keçib. Robert özünün şəxsi kompaniyası Nay Games ilə birlikdə yeni əlavələrin istehsalı üzərində çalışır. Bubble Ball haqqında səhər şousu Good Morning America-da da danışıblar. Oyun Apple Store-də ən populyarlar sıyahısındadır.
Dərs: Ani uğurlar realdır. Ancaq onu əsas hədəfiniz halına gətirməyin.
11. Nik D`Aloysiyo - Summly əlavəsinin yaradıcısı
2013-cü ildə Nik özünün yaratdığı Summly platformasını Yahoo-ya 30 milyon dollara satdı. Bu isə onu dünyanın ən gənc milyonçuları siyahısına qatdı. Qısa müddət sonra isə o Yahoo News Digest xəbərlər xidmətinə çevrildi. Hazırda isə Nik Yahoo-da çalışır.
Wall Street Journal onu ilin novatoru adlandırdı, Time jurnalı isə onu dünyanın ən nüfuzlu yeniyetmələri siyahısına əlavə etdi. Nik, eyni zamanda Honq Konq milyarderi Li Ka-Şinadan investisiya cəlb edən ən gənc milyonçudur.
Dərs: Yaş bir maneə deyil!
12. Lena Arçer - Leanna’s Hair yaradıcısı
Leanna`s adı altında saç üçün gelin satışına hələ 9 yaşında başlayıb. O, nənəsindən qalan gizli resept əsasında o vaxtdan bəri saç üçün bir neçə məhsul istehsal edib. Lena-nın şirkətinin illik gəliri ildə 100 000 dollardan çoxdur. Onun şəxsi sərvətinin həcmi isə 3 milyon dolları ötüb keçib. O, həmçinin Leanna`s Archer Education Foundation əsasını qoyub. Fond Haiti uşaqlarına kömək məqsədilə yaradılıb.
Dərs: Uğur sadəcə əldə etmək deyil, eləcə də verməkdir. Pul başqalarının həyatına kömək etmək üçün əla vasitədir.






