facemark.az-ın məlumatına görə, Martin Libiki informasiya müharibəsinin 7 növü haqqında danışır.


Komanda və nəzarət - informasiya müharibəsinin bu növü əmri verən və icraçı arasında əlaqənin məhrum edilməsi məqsədini qoyur.


Kəşfiyyat müharibəsi - Hücum və özlərinin müdafiəsi üçün dəyərli məlumatların toplanmasını əhatə edir.


Elektron müharibə - İnformasiya müharibəsinin bu növündə isə məqsəd bütün elektron kommunikasiyanı söndürməkdir.


Psixoloji müharibə - təbliğat və informasiyanın köməyi ilə əhalinin zombiləşdirilməsi.


Haker müharibəsi - Müxtəlif növ məlumatların əldə edilməsi və sanksiya olmadan onlardan istifadə edilməsi. Bura elektron poçt məlumatları, bank kartlarının məlumatları, şəxsi fayllar, yazışmalar və s. aiddir.


İqtisadi müharibə - İnformasiya blokadası (kommersiya fəaliyyətinin məhdudlaşdırılması) və ya informasiya imperializmi (siyasi informasiya hücumu)


Kibermüharibə - Kompüter məlumatlarının toplanması, obyektlərin izlənilməsi, informasiya texnologiyalarına əsaslanan infrastrukturu pozmaq cəhdi.


Qeyd edək ki, Azərbaycan ilə Ermənistan arasında Qarabağ konflikti səbəbindən hər iki tərəf informasiya müharibəsindən istifadə edir. Son dövrlər müşahidə etdiklərimizə, əsasən, düşmənin ən çox istifadə etdiyi informasiya müharibəsi növünə psixoloji informasiya müharibəsi daxildir. Belə ki, onlar Azərbaycan hökumətinin rəsmi orqanlarının adını hallandırmaqla, elə öz dilimizdə əhali arasında yanlış məlumatlar paylaşırlar. Azərbaycan tərəfinində isə GƏNCLƏRİN etdiyi ən çox informasiya müharibəsi növlərinə isə haker və kibermüharibə növlərini misal göstərə bilərik. Yəqin ki, siz Ermənistanın baş naziri Nikol Paşinyanın belə demək mümkünsə CV məlumatlarını internetə sızdığını gördünüz. Eləcə də, Ermənistanın məhkəmə orqanları, ticarət mərkəzlərində Azərbaycanın dövlət himinin səsləndirilməsi və prezidentimiz İlham Əliyevin Qarabağ həqiqətləri ilə bağlı çıxışlarının elə bu ölkənin böyük ekranlarında nümayişinin şahidi oldunuz. Onu da deyək ki, hər iki ölkənin informasiya müharibəsinə baxdıqda, Azərbaycanın yenə də qürurlu hərəkət etdiyini görürük. Düşmən isə yenə də siravi insanları hədəf almaqda davam edir.


Həmin videolardan bir-neçəsini sizə təqdim edirik.


https://youtu.be/_80UGfeYShE


https://youtu.be/jHNnVdirwtc