The Coca-Cola Company-nin maliyyə direktoru Con Merfi 2020-ci ilin üçüncü rübündə 2019-cu ilin eyni dövrü ilə müqayisədə marketinq xərclərində 30% azalma olduğunu təxmin edib.


Facemark.az xəbər verir ki, eyni zamanda şirkət ilin dördüncü rübündə irəliləmək üçün xərcləri davamlı olaraq artırır. Aprel-iyun ayları ilə müqayisədə büdcə 65% artım nümayiş etdirib.


Bu rəqəmlər isə top menecerlərin investorlar ilə görüşündə səsləndirilib. Dördüncü rübdə isə FMCG nəhəngi məntiqli bazarlarda daha məqsədyönlü bir şəkildə irəliləyəcək.


Coca-Cola-nın rəhbəri Ceyms Kuinsi deyib ki, kompaniya inkişaf üçün beş prioritet bazar müəyyən edib. Məsələn, Beverages for Life kampaniyasının bir hissəsi olaraq şirkət brend portfelini optimalaşdırır. O, planlaşdırır ki, sürətlə dəyişən bazarda yalnız böyüyən markalar qalacaq. Şirkət, eyni zamanda ZICO, TaB və Odwalla markalarından da xilas olmağa qərar verib. Marketinq effektivliyini artırmaq üçün belə bir qərar Coca-Cola-nın bütün müəssisələri üçün nəzərdə tutulmuşdu. İşə marketinq, maliyyə və satınalma şöbələrinin nümayəndələrinin daxil olduğu ortaq bir qrup nəzarət edir. Kuinsi isə deyib ki, bu qlobal bir təşəbbüsdür və şirkət üçün əsas prioritet (top priority) olaraq qalır. Onun sözlərinə görə, bu, xərcləri azaltmaq və pula qənaət etmək üçün sadə bir istək deyil - məqsəd bütün prosesləri yaxşılaşdırmaq, funksiyaların təkrarlanmasını aradan qaldırmaq və üçüncü tərəf agentlikləri kimi sahələrdə xərcləri optimallaşdırmaqdır. Nəticədə bu, sərbəst buraxılan vəsaitlərin markaların inkişafına yatırılmasına imkan verəcək. Merfi strategiyanı belə izah edib eyni işi daha az pulla etmək və ya eyni pulla daha yaxşısını etmək... Üç aylıq hesabata görə, Coca-Cola-nın xalis satışları 9% azalaraq 8,7 milyard dollara düşüb. Orqanik böyümə də neqativ olub, –6%.


Ən pis dinamikanı Latın Amerikası (-23%), ən yaxşısını isə Şimali Amerika (-2%) olub. Kategoriyalar arasında ən çox azalma, ilk növbədə Costa pərakəndə satışına görə qəhvə və çay biznesində (-15%) müşahidə edildi.