Çinin onlayn pərakəndə nəhəngi Alibaba, əməliyyatlarını fiziki pərakənəçiliyə daşıyır. Hipermarket operatoru Sun Art-ın əsas səhmlərini 3,6 milyard dollar qarşılığında aldığını elan edən Alibaba, beləliklə Sun Art-ın təxminən 500-ə qədər marketinə də nəzarətini ələ keçirir. Son əməliyyat ilə Alibaba şirkətdəki səhmlərinin payının 21%-dən 72%-ə yüksəldib.
Amazon da 13,6 milyard dollarlıq investisiya ilə Whole Foods-u alaraq fiziki pərakəndəçilikdə vacib bir həmlə etmişdi. E-ticarət nəhənglərinin oflayn pərakəndəçiliyə keçidini sektordakı böyümə sürətinin yavaşlamasının rol oynadığı deyilir.
Alibaba-nın Rəhbəri və CEO-su Daniel Zhang, etdiyi açıqlamada deyib ki, koronavirus pandemiyası istelakçı vərdişlərinin digitallaşmasını sürətləndirib: “Sun Art yeni pərakəndə vizyonumuzu gücləndirəcək və tamamilə inteqrasiya olunmuş bir təcrübə ilə daha çox müştəriyə xidmət verməyimizə kömək olacaq”, - deyib.
Xəbər ilə birlikdə Honq Konq Birjasında Sun Art-ın səhmlərinin dəyəri 27% dəyər qazanıb.
Böyümənin yarışı oflayna keçir!
Beləliklə, Alibaba 4 il öncə Whole Foods-a 13 milyard dolların üzərində investisiya edən qlobal rəqibi Amazon-un yolu ilə gedərək, fiziki pərakəndəçilikdə rolunu artırdı.
Alibaba, daha öncə Amazon-un kassirsiz Go marketlərinin oxşarı olan Freshippo-u realaşdırmış və saylarını 200-ün üzərinə çıxarmışdı.
Yuxarıda da qeyd etdiyimiz kimi mütəxəssislər isə dünyanın ən böyük iki e-ticarət oyunçularının onlayn alış-verişdən oflayna doğru keçidini elektronik ticarətdəki böyümə sürətinin əyrisinin enməyə doğru getdiyi ilə bağlı olduğunu açıqlayırlar.
Çinin bir başqa e-ticarət şirkəti JD.com da oxşar şəkildə 7Fresh adlı pərakəndə şəbəkəsi qurmuşdu.