Yaxın gələcəkdə həyatımıza daxil olacaq və gündəlik həyatımızda istifadə edəcəyimiz texnologiyalar:


Ağıllı diş fırçaları


Dişlərin daha yaxşı fırçalanıb – firçalanmadıqlarını izləyən ağıllı diş fırçaları bazarda mövcuddur. Ancaq gələcəkdə insan həyatında olacaq ağıllı diş fırçaları, diş sağlamlığı ilə bağlı məlumatları diş həkiminə göndərə biləcək. Bu fırçaların hesabına diş sağlamlığı ilə bağlı problemlər daha tez müəyyən ediləcək.


Super ağıllı telefonlar


Bu gün bir çox ağıllı telefonun əməliyyat gücü, bir çox masaüstü və dizüstü kompüterin gücünə bərabərdir. Hər şey eyni sürətlə davam edərsə, 2030-cu ilinə qədər dünya əhalisinin ən az 90%-i super ağıllı telefonlardan istifadə edəcək. Super ağıllı telefonlar isə iş və özəl həyata dair əməliyyatları bugünkündən çox, amma çox daha sürətli bir şəkildə həll edəcək.


Spiker robotlarYaponiyada test mərhələsində olan spiker robotlar, yaxın gələcəkdə televiziyalarda spiker, aparıcıların əvəzinə həmin günün xəbərlərini izləyicilərə təqdim edəcək. Digər bir adla kodlanmış robot spikerlər və aparcılar həyatımızda yer alacaq.


Süni zəka idarə heyətində


Yeni süni zəka texnologiyaları iş həyatında təsirini daha çox hiss etdirəcək. Qərar vermə mexanizmlərində təsirli olacaq ilk süni zəka mexanikası 2026-cı ildə idarə heyəti görüşlərində iştirak edəcək, proseslər ilə bağlı rəy bildirəcək.


Tərlə çalışan ağıllı saatlar


Glasgow Universitetindəki mühəndislər, enerjini depolayan və ənənəvi batareyalarda olan elektrolitləri tərlə əvəzləyən yeni bir super kapasitor hazırlayıb. Texnologiya, yer aldığı geyim və aksessuardan istifadə edən şəxsin tərindən istifadə edəcək. Tərdəki pozitiv və neqativ ionlarla reaksiyaya girərək enerji istehsalını təmin edəcək. Bu texnologiyaya dair ilk tətbiqləri isə geyinilən saatlar üzərində görəcəyik.


Süni intellekt əsaslı virtual assistantlar


Süni intellekt əsaslı virtual assistantlar insan həyatının ayrılmaz bir hissəsi olacaq. Proqram və süni intellekt əsaslı virtual assistantlar paralel inkişaf ilə virtual assistan, söhbət botları və ağıllı cavablama sistemləri ilə cavabsız sualımız qalmayacaq. Eyni zamanda, aktiv həyatın planlanması da daha asan olacaq.


Robot rəhbər itləri


Görmə məhdudiyyəti olan şəxslərə kömək üçün robot rəhbər itləri də 2030-cu ilə qədər gündəlik həyatda görəcəyik. Onlar real əsaslı məlumatlardan istifadə edərək, müəyyən edilən nöqtələrə görmə məhdudiyyəti olan şəxslərin daha tez və təhlükəsiz şəkildə çatmasını təmin edəcək.