Müştərilərin fiziki mağazalarda ağıllı telefonlarından istifadə edərək alış-verişlərini etdikləri Mkolay platformasına yeni funksiyalar əlavə edib.


Facemark.az xəbər verir ki, Migros-un Mkolay əlavəsində daha öncə müştərilər səbətlərinə atdıqarı məhsulları telefondan skan edə bilir, kassaya getmədən öncə toplam alış-veriş həcmini izləyə bilirdilər.


Tətbiqə əlavə olunan yeni xüsusiyyətlərdən birincisi olan ödəmə prosesinin jet kassaya inteqrasiyası ilə müştərilər artıq bütün alış-veriş prosesini özləri idarə edə bilirlər.


Əlavədə, səbət böyüklüyü nə olursa olsun müştərilər, jet kassaya gəldiklərində məhsullarını kassadan təkrar keçirmədən ekrandakı


QR kodu oxutduraraq ödənişlərə başlayır və bu prosesi 30 saniyədə başa çatdırırlar.


Digər bir yenilik isə müştərilərinin hansı mağazadan alış-veriş etdiyini lokasiya üzərindən avtomatik tapması olub. Bu funksiya ilə müştərilər, mağaza girişində mağazaya özəl QR kodu oxutdurmadan lokasiya funksiyası ilə alış-verişlərinə başlaya bilirlər.


Sürətlə Türkiyədəki bütün Migros jet kassalarda tətbiq olunacaq Mkolay əlavəsi hazırda 13 fərqli dildə 62 mağazada istifadə edilir.


Əlavənin istifadə edildiyi mağazalara Migros mobil əlavəsindəki Mkolay bölməsindən və www.migros.com.tr-dan baxmaq olar.