Galaxy S21 şarj və qulaqlıq olmadan təqdim edilə bilər. Görünür ki, Apple ətraf mühitin qayğısı məsələsində yeni bir trend yaradıb.
Samsung Galaxy S21 yeni flaqmanı şarj və qutuda qulaqlıq olmadan bazara çıxarıla bilər.
Facemark.az xəbər verir ki, bu haqda məşhir portal olan SamMobile məlumat verib.
Amma maraqlı nüans odur ki, Samsung iPhone 12-nin qutusundan şarj və qulaqlıq olmaması ilə bağlı trollamışdı və bu fürsəti əldən verməmişdi. İndi isə nəhəng Koreya şirkətinin lağa qoyduğu eyni qərarı verəcəyi görünür. Bu qərarın verilməsinin isə çox güman ki, ətraf mühit ilə bağlı narahatlıqdan qaynaqlandığı deyiləcək.
Mənbəyə görə, şarj cihazı və qulaqlılar, yaxud da qulaqlıd bütün Galaxy S21 modellərində olmayacaq.