facemark.az Telegram sosial platformasında populyar kanal yaratmağın yolundan bəhs edib. Həmin 5 addım belədir:
Kanalın adı
Sadə, cəlbedici və informativ – bunlar kanal neyminqi üçün ən yaxşı açar faktorlardandır. Kanala nə ad verməyi düşünürsən? Əgər rus dilli bir auditoriyaya xitab edirsinizsə, mürəkkəb işarələr və xüsusi simvollardan istifadə etməyin. Məsələn, kanala belə bir ad verməyin. The_Dairy_of_The_Unhappy_WRITER_from_Ru$$ia. Yəqin ki, siz nə üçün belə bir adlandırmadan qaçmalı olduğunuzu bilirsiniz.Bu adı tələffüz etmək, yadda saxlamaq və axtarışa vermək olduqca çətindir.
Vizual dizayn
Daha sonrakı addım kimi kanalın vizual görünüşünü yaratmalısınız. Bəs, bu addımda nə vacibdir? Məlumat istehlakının asanlığı, qüsursuz tipoqrafiya, ümumi görmə qabiliyyəti çox yaxşı olmalıdır. Sözsüz ki, avatar vacibdir. Telegram-ı ağıllı telefonunuzda açdıqdan sonra, avatar yüklənməlidir. Avatarın üzərinə çoxlu sayda mətn yazmayın, qarmaqarışıq bir fotodan istifadə etməyin. Nike və ya McDonald`s loqolarını xatırlayın. Onlar mükəmməl avatar seçimləridir. Çalışın, sizin seçimlər də adlarını çəkdiyimiz brendlərin avatarları qədər olsun. Kanalda şəkillər paylaşmaq da olduqca vacibdir, ancaq nəzərə almalısınız ki, hər bir paylaşım kanalın ümumi atmosferinə uyğun olmalıdır.
Tipoqrafik gigiyena
Yazıları hazırlayan zaman tipoqrafik gigiyenanı qoruyun. Əsas prinsiplər isə aşağıdakılardır. Orfoqrafiya və punktuasiya səhvləri olmayan oxunaqlı mətn, qüsursuz tipoqrafiya (məlumatın rahat başa düşülməsi üçün tire və defislərdən yerində istifadə etmək, sözlər arasında boşluq əlavə etmək və s.), qısa linklər. Mən tipoqrafik gigiyena məsələsində çox həssasam, xüsusilə defis (-) və tire (—), dırnaq işarələrindən («» yerinə “”) düzgün istifadə edilməsinin tərəfdarıyam. Sətirlər arasında məsafə qoymadan yazmağa davam etmək və s. Sonuncusu ən çox Telegram-da məni narahat edir. Səhər dişlərinizi fırçalayırsınızsa, bu gigiyena məsələsidir. Siz sorğu etmirsiniz ki, “Nə üçün bunu etməliyəm?”. Eyni ilə, zəhmət olmasa, mətnlərinizi səliqəyə (Telegram və başqa şəbəkələrdə) salın. Vaxt keçdikcə, bu vərdiş sizdə avtomatik yaranacaq, tirenin harada düzgün qoyulması ilə bağlı vaxt itirməyəcəksiniz.
Kanalda START-a başlayın
Kanal hazır olduğunda onu doldurmağa başlayın. Hələ ki, bütün dünyaya kanalınız haqqında danışmağa ehtiyac yoxdur. Hələlik, müxtəlif formatları test edin. Nəyin işə yaradığını, nəyin yaramadığını test edin. Öz kanalınız haqqında danışmamışdan öncə, bir həftə, bəlkə də bir ay keçməyinə icazə verin. İlk abunəçiləriniz, çox güman ki, dostlarınız olacaq. Amma kimsəni də məcbur kanalınıza abunə olmağını istəməyin. Başqa bir nümunə, WhatsApp-dakı kontaktlarınıza bir link göndərmək də pis bir fikirdir. Onlara sosial mediada bir link atın, əgər paylaşımlarınız maraq doğuracaqsa, onlar könüllü şəkildə kanalınıza abunə olacaqlar.
Kontent-plan lazımdır?
Əgər plan qurmağı sevirsinizsə, bunu edin. Yox, əgər planlar sizi bezdirirsə, bunu etməyin. Sözsüz ki, hər bir media qurumunun bir kontent planı mövcuddur. Bəzi redaktorlar ortaq planlarını aylar öncədən təsdiq edirlər. Əlbəttə, Telegram-dan danışırıqsa, burada kontent plansız iş olmayacaq. Ancaq öncədən bəzi sualların cavabını tapmalısınız. Bu sizin üçün biznesdir, ya yox. Əgər cavab hə-dirsə, o zaman kontent-strategiyanınızı və qrafik nəşrlərinizi indidən hazır edin.