Apple şirkətinin 2020-ci ilin üçüncü rübü ilə bağlı rəsmi hesabatı dərc edildikdən sonra səhmlərinin dəyəri 5% azalıb.
Facemark.az xəbər verir ki, hesabatda yazılıb ki, iPhone satışları 20,7% azalaraq 26,4 milyard dollara düşüb. Buna görə şirkət ümumilikdə 100 milyard dollar dəyər itirib.
Reuters nəşri hesab edir ki, smartfonun satışlarındakı enmə, yeni modellərin bazara gec çıxarılması ilə bağlıdır. Həmçinin analitiklər hesab edirlər ki, 5G-ni dəstəkləyən yeni iPhone-lar bu şəbəkənin daha tanış olduğu və inkişaf etdiyi Çin bazarında istifadə ediləcək. Ancaq Çində smartfon satışarı 7,95 milyard dollar enib və ya 28,5%.
Financial Times isə hesab edir ki, şirkətin səhmlərinin enməsi Milad bayramı və Yeni ilin daxil olduğu dördüncü rüb ilə bağlı proqnozların açıqlamadığından dolayıdır.
Ancaq Apple şirkətinin maliyyə direktoru Luka Maestri isə hesab edir ki, kompaniya keçən ilki 91,8 milyard dollar gəlir rekordunu qırmaq niyyətindədir.
Üçüncü rübdə Apple şirkətinin gəlirləri investorların gözlədiyi səviyyədən bir az çox idi, söhbət 64 milyard dollardan bir qədər çox gəlirdən gedir.
Mac satışları üçüncü rübdə 29% artaraq 9 milyard dollara, iPad satışları isə 46% artaraq 6,8 milyard dollara çatıb.
Xidmət gəlirləri 16,3% artaraq 14,5 milyard dollara çatıb.
Apple platformasından istifadəçilərin sayı isə 585 milyona çatıb. İlin sonunda isə şirkət bu rəqəmin 600 milyona çatacağını proqnoz edir.