Reuters nəşrinin analitiklərə istinadən məlumatına görə, Apple şirkəti noyabr konfransında yeni Mac-lərinin təqdimatını keçirəcək.
Facemark.az xəbər verir ki, nəşrin yazdığına görə, bu, 2006-cı ildən bəri Apple noutbuk və masaüstü prosessorlarının tədarükçüsü olan Intel-dən şirkətin öz Silikon prosessoruna əsaslanan cihazlara keçidin başlanğıcı olacaq.
Apple ənənəvi olaraq yüksək profilli məhsullarının təqdimatını keçirməyi planlaşdıran zaman “Daha çoxu” sözlərindən istifadə edir. Bu isə şirkətin sabiq CEO-su Stiv Cobsun elan edilməmiş məhsulları tanıtmadan öncə etdiyi həmlə idi.
Qeyd edək ki, Apple-ın bu ilin payızında iki təqdimat keçirib. Bunlardan biri sentyabrın 15-də, digəri isə 13 oktyabrda baş tutmuşdu.
Sentyabrın 15-də şirkət ilk dəfə idi ki, ənənəni pozmuşdu və yeni iPhone 12 təqdim edilməmişdi. Təqdimatda sadəcə Apple Watch Series 6 ağıllı saatı və yeni iPad modeli və Apple Watch SE-nin daha büdcəli versiyası nümayiş edilmişdi.
5G-ni dəstəkləyən yeni iPhone smartfon xətti isə oktyabr təqdimatında göstərildi.