Koronavirus pandemiyasının sona çatmağı üçün nə lazımdır?


Problemi həll etmə məsələsində məşhurlaşan beynəlxalq şirkət olan McKinsey and Company-nin ekspertləri araşdırma edib. Onlar bütün dünyanın “Biz pandemiyanı aşdıq!” cümləsini nə vaxt deyəcəklərini öyrəniblər.


1. Kollektiv immunitetə sahib olmaq


- COVID-19 vaksininin tapılması. Bu ən vacib amildir. Əczaçılar effektiv bir vaksin hazırladıqları zaman, pandemiyanın da təsiri zamanla azalacaq.


- Koronavirusa qarşı təbii immunitet. McKinsey and Company-nin ekspertlərinin araşdırmasına görə, dünyada 90-300 milyon arası insan koronavirusa qarşı güclü bir immunitetə sahibdir.


- Digər virus növlərinə qarşı toxunulmazlıq. Belə bir versiya var ki, koronavirus infeksiyasının digər növlərindən xilas olan insanlar SARS‑CoV‑2-yə yoluxma şansı nisbətən azdır.


- Digər peyvəndlərin təmin etdiyi toxunulmazlıq. Daha öncədən bir çox xəstəlikdən peyvənd olan şəxslərin də virusa qarşı bir toxunulmazlığının olduğunu iddia edirlər.


- Milli vərdişlər: İnsanların bir-birindən məsafə saxlamağa vərdiş etdikləri ölkələrdə COVID-19-un yayılması, daha yaxından təmasda olan ölkələrdən daha tez dayandırıla bilər.


2. Normal bir həyata qayıdış


Normal bir həyata qayıdış o deməkdir ki, COVID-19-dan dolayı xəstəxanaya yatırılan şəxslərin və ölənlərin sayında azalma qeydə alınır. Bütün bunlardan sonra isə sərhədlər, restoranlar, məktəblər açılır. İşlər onlayndan, yenidən offlayna keçir. Ümumi olaraq həyat əvvəlki axınında davam edir.


3. Koronavirus pandemiyası nə zaman bitəcək?


McKinsey and Company araşdırma şirkətinin analitikləri deyirlər ki, ABŞ və digər üçüncü inkişaf etmiş ölkələrdə kollektiv immunitet 2021-ci ilin üçüncü və ya dördüncü rübünə qədər yaranacaq. Çox güman ki, normal həyata qayıdış daha erkən 2021-ci ilin yarısında baş tutacaq. Nature jurnalının apardığı sorğuya görə isə ölkələrdə insanların kollektiv immunitetə sahib olmağı, koronavirusun daha erkən sona çatmağı demək olacaq. Alimlər isə deyirlər ki, COVID-19 dünya əhalisinin 60-70%-nin immunitet əldə etdikdən sonra dayanacaq.