Bu həftə onlayn pərakəndə şirkəti Amazon-un CEO-su Ceff Bezos 3,1 milyard dollardan çox korporasiya səhmini satıb.


Facemark.az xəbər verir ki, bu haqda CNBC nəşri bu gün ABŞ-ın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən yazıb.


Bu sənəddə deyilir ki, Bezos 2020-ci ilin fevralında Amazon-dakı səhmlərinin 4,1 milyard dollarını, avqustda isə daha 3,1 milyard dollarını satıb.


Beləliklə, bu həftə də satılan səhmləri nəzərə alaraq planetin ən zəngin insanı 10,3 milyard dollardan çox qazanıb. Ötən il isə bu rəqəm cəmi 2,8 milyard dollar idi.


Buna görə də, Amazon-un 2020-ci ilin üçüncü rübündə gəliri 96,1 milyard dollar olub ki, bu da 2019-cu ildəki i70 milyard dollar ilə müqayisədə 37% daha çox deməkdir.


Xatırladaq ki, noyabrın 2-də Paris şəhərinin meri Ann İdalqo paytaxt sakinlərinə Amazon-dan mal və xüsusilə kitab almamağa səslədi.