Amerika əcza şirkəti Pfizer ilə Türk əsilli iki həkim Dr. Özlem Türeci, Prof. Dr. Uğur Şahin həmtəsisçiləri olduğu Almaniyanın BioNTech firmasının yeni tip koronavirusa (COVID-19) qarşı hazırladıqları potensial vaksinin virusa qarşı 90% təsirli olduğunu açıqlayıb.


Prof. Dr. Uğur Şahin və həyat yoldaşı Dr. Özlem Türeci koronavirus vaksinin hazırlanmasında istifadə etdikləri mRNA texnologiyası üzərində 25 ildir ki, çalışdıqlarını deyib.


BioNTech-in yeni tip koronavirus vaksini 6 ölkədə 43 500 nəfər üzərində test edilib. Vaksinin test edildiyi ölkələr arasında Türkiyə də var. Vaksin 3 həftə fasilə ilə iki doza halında istifadə ediləcək. Pfizer il sonuna qədər 50 milyon doza, 2021-ci ilin sonuna qədər isə 1,3 milyard doza vaksini bazara çıxarmağı planlaşdırır.



Prof. Dr. Uğur Şahin, Türkiyə mətbuatına açıqlamasında bunları deyib: “Bu günə qədər 40 mindən çox könüllüyə vaksin edildi. 3-cü mərhələni uğurla tamamlaya bilsək, bu ayın ikinci yarısında Avropa Dərman Agentliyi (EMA) və Amerika Qida və Dərman Dairəsinə (FDA) sənədlərimizi təqdim edəcəyik. Sənədlər ən azı bir ay EMA və FDA tərəfindən araşdırılacaq.



O müddət çərçivəsində bizdən soruşulan suallara da cavab verəcəyik. FDA və EMA işlərimizə müsbət rəy verərsə, dekabr ayının son günlərində vaksini Avropa və Amerikaya paylayacağıq. Bu da ilk bir neçə milyon doza vaksin üçün olacaq. 2021-ci il yanvar- fevral aylarında Avropa və Amerikaya vaksinlərimizi paylamağa başlaya bilərik. Altıncı aya qədər isə ən azı 200-300 milyon doza paylamağı planlaşdırırıq. Türkiyə üçün də Səhiyyə Nazirliyi ilə görüşlər keçirməyimiz lazım olacaq. Bir protokol imzalandığı halda yanvar-fevral-martda Türkiyəyə də vaksin dozalarını gətirəcəyik. Səhiyyə Nazirliyi isə nə qədər dozaya ehtiyac olacağını və nə zaman lazım olduğunu bildirəcək. Bu halda Türkiyə üçün kifayət qədər vaksin ayıracağıq”, - deyib.


Mənbə: DigitalAge