Danone antiböhran planı olan Local First-i hazırlayıb. Antiböhran planı il ərzində əməkdaşların fikirləri nəzərə alınaraq hazırlanıb. Strategiya aşağıdakıları nəzərdə tutur:
- Bölgə nümayəndəliklərinə sahədə müştərilər ilə daha sıx əməkdaşlıq qurmaq üçün səlahiyyətin verilməsi. Bu o deməkdir ki, lokal bölmələr artıq qlobal məhsul kateqoriyası qruplarından asılı olmayacaq. Yerli nümayəndələrə isə qarşılaşdıqları çətinlik və sahədə müştərilər ilə sıx təmasdan əldə etdikləri təcrübəni satışları artırmaq üçün istifadə etmələri tapşırılıb.
- Daha qısa zamanda qərar vermək. Məsələn, indi investisiyalar haqqında qərarlar beş səviyyədə nəzərdən keçirilir, yeni plana, əsasən, isə bu iki olacaq. Activia kimi brendlər dörd səviyyədə idarə edilir, Danone isə onun sayını 2-yə qədər endirməyi planlaşdırır. Bu baxımdan əsas ofisin rolu dəyişəcək. Əsas ofis ümumi və birləşdirici funksiyaları yerinə yetirəcək. Korporativ mədəniyyəti qorumaq, kadr siyasətini müəyyənləşdirmək və məlumat və texnologiyaya çıxışı təmin etmək nəzərdə tutulub. Gələcəkdə isə şirkət mənzil qərargahını Paris şəhərinə köçürməyi nəzərdən keçirəcək. Nəticədə yerli və qlobal səviyyədə 1500-2000 nəfərə qədər işçi işini itirə bilər. Qlobal bölmələr üzrə ixtisarlar isə ştatın 25%-ə təsir edəcək.
- Rəqəmsallaşdırma da daxil olmaqla, məhsuldarlıq və rəqabət qabiliyyətinin artırılması. Danone 2023-cü ilə qədər 1 milyard avroya qədər pula qənaət etmək niyyətindədir. Bu vəsaitlər isə şirkətin böyüməyi, markaların gücləndirilməsi, şirkətin gəlirliyini artırmaq üçün yenidən investisiya kimi qoyulacaq.
Biznes iki makroregiona bölünəcək. Danone North America və Danone International. Sonuncusu isə öz növbəsində beş zonaya bölünəcək. Avropa, Asiya/Afrika və Yaxın Şərq, Böyük Çin və Okeaniya, MDB və Türkiyə, Latın Amerikası. MDV və Türkiyə üzrə biznesi isə Şarl Kappetti idarə edəcək.
Danone şirkətinin isə özünün proqnozlarına görə, şirkət 2021-ci ilin yarısından başlayaraq gəlirliyi artacaq. 2022-ci ildə isə böhrandan əvvəlki səviyyəyə çatacaq.