Dünyada 7,676 milyard insanın 5,112 milyardı unikal mobil istifadəçilərdir. Bu isə dünya nüfuzunun 67%-i deməkdir. İnternet istifadəçilərinin sayı 4,388 milyardır ki, bu da dünya nüfuzunun 57%-dir. Eləcə də dünyanın 3,484 milyard nəfəri aktiv sosial media istifadəçisidir. Ümumi dünya nüfuzunun 42%-i, başqa bir adla 3,256 milyard nəfər mobil sosial media istifadəçiləridir.
Aşağıdakı fotolarda regionlar üzrə müqayisəli şəkildə internet istifadəçilərinin və sosial media istifadəçilərinin faizlə nisbəti göstərilib. Foto üzərindən hansı regionda internet istifadəçilərinin və sosial media istifadəçilərinin sayının az və ya çox olduğunu görə bilərsiniz.
Hootsuite və We are sosial araşdırma şirkəti tərəfindən 2019-cu ildə aylıq aktiv istifadəçiləri, istifadəçi sayı, hər platforma üzrə unikal ziyarətçilərin sayı nəzərə alınaraq ötən ildə aktiv sosial istifadəçisi olan sosial platforma və mesajlaşma tətbiqləri analiz edilib.
Hesabata görə, Facebook və Youtube aktiv istifadəçi sayına görə liderdirlər. Müvafiq olaraq 2,271 milyard və 1,900 milyard nəfər. Facebook şirkətinə daxil olan mesajlaşma tətbiqi Whatsapp-ın və FB Messencerin aktiv istifadəçi sayı müvafiq olaraq 1,500 və 1,300 milyard nəfərdir. Son dövrlərin populyar platforması olan, qısa videoların mübadiləsi platforması TikTok-un isə aktiv istifadəçi sayı ötən il 500 milyon nəfər olub. Aşağıdakı qrafik üzərindən sosial şəbəkə və mesajlaşma xidmətlərinin aktiv istifadəçi saylarına nəzər yetirə bilərsiniz.
Dünyadakı mənzərə yuxarıda qeyd etdiyimiz kimi idi. Bəs, Azərbaycan?
Ümumi əhali 9,97 milyon nəfər, şəhər əhalisi isə 56%. Mobil abunəçi sayı 10,79%, əhali nüfuzunun 108%. Əhalinin 80%-i başqa bir adla, 8 milyon nəfəri internet istifadəçisidir. Əhalinin 31%-i, yaxud 3,10%-i aktiv sosial media istifadəçisidir. Əhali nüfuzunun isə yalnız 20%-i, yəni 2 milyonu mobil sosial media istifadəçisidir.
Media üzrə Azərbaycanda ümumi reklam xərcləmələri
Mənbə isə Estimation Agentliyinə məxsusdur, rəqəmlər isə 2018-ci ili ehtiva edir. Xəcləmələr 35-37 milyon dollardır. Ən çox media xərcləmələri TV üzrədir, 20 milyon dollar, daha sonra OOH reklam 6 milyon dollar, digital, radio və print isə müvafiq olaraq 6 milyon, 4 milyon və 0,5 milyon dollardır. Bildirək ki, yuxarıdakı rəqəmlər pandemiyadan öncəki rəqəmləri əks etdirir. Ona görə də, digital sahə üzrə reklam xərcləmələri daha az görünür. Çünki pandemiyadan sonra offlaynda olan şirkətlər satışlarını davam etmək üçün aktiv bir şəkildə onlayn məcraya keçmiş, digital kanallarını aktivləşdirmişdilər. Ona görə də, düşünürük ki, digital üzrə 2020-ci il üzrə xərcləmələr daha çoxdur.
Məsələn, aşağıdakı qrafikdən siz bunun şahidi ola bilərsiniz. Belə ki, ZENIH araşdırmasında qlobal media xərcləmələri üzrə 2017 və 2020-ci illəri müqayisə edib. Orada aydın olur ki, 2017-ci ildə qlobal reklam xərcləmələri televiziya üzrə 34,1% idisə, 2020-ci ildə isə bu rəqəm 31,2% olub. Eləcə də mobil internet üzrə artım 2017-ci ildəki 19,8%-dən 29,3%-ə yüksəlib.
Gəldik, Azərbaycanda reklamçıların ən sevdiyi digital platformalardan biri olan Facebook və Instagrama. Bunu biz yox, 2019-cu ili ehtiva edən rəqəmlər də deyir. Bildirək ki, aşağıdakı rəqəmlərdə hər iki platforma üzrə ümumi reklam auditoriyası və aylıq aktiv istifadəçi sayı nəzərə alınaraq hesablanıb.
Azərbaycanda FB istifadəçiləri 1,80 milyondur, onun isə 30%-i qadın, 70%-i isə kişidir. Instagram üzrə 2,5 milyondur, burada isə qadınlar 33%, kişilər isə 67%-dir. Twitter-də isə bu rəqəm 124,3 mindir. Burada oturanların 27%-i qadın, 73%-i kişidir. LinkedIn platformasında isə istifadəçi sayı bir qədər çoxdur, 340 min nəfər. Burada da kişilər çoxluq təşkil edir, 65%. Bir nüansı əlavə edək ki, 2020-ci il üzrə də bu rəqəmlərdə dəyişiklik olacağına inanırıq, belə ki, Twitter II Qarabağ Müharibəsində azərbaycanlıların haqq səsini dünyaya çatdırmaqda əvəzsiz rola malik idi. Hətta bu platformada hesabı olmayanlar belə müharibə vaxtı öz platformasını yaratmışdı və Azərbaycan prezidenti İlham Əliyev də aktiv olaraq müharibənin gedişatındakı son məlumatları bu platforma üzərindən paylaşırdı. Nəticədə onun platformadakı reytinqi artmışdı.
Növbəti yazımızda isə Alexa və Azneftin araşdırmasına, əsasən Azərbaycanda ötən il istifadəçilərinin sayına görə TOP veb saytlar və 2018-ci ildə Google-da və YouTube-da azərbaycanlıların ən çox axtardıqları açar sözlər haqqında bəhs edəcəyik.
Qeyd edək ki, The Digital Advertising Stats You Need For 2019 araşdırması New Media şirkətinin CEO-su Rasim Davudova məxsusdur.





