Unileverin Yeni Zelandiya ofisi iş həftəsini qıslatmağa başlayıb. Qarşıdakı həftədən etibarən şirkətin 81 əməkdaşı 5 günlük iş həftəsinin əvəzinə 4 gün çalışacaq.


Facemark.az xəbər verir ki, Reuters nəşrinin yazdığına görə, eksperiment bir il ərzində davam edəcək və heç maaş kəsintisinə yol açmayacaq, eləcə də iş gününün müddəti artmayacaq.


Yeni bir testin aparılmasında məqsəd iş axınını prinspicə fərqli bir səviyyəyə gətirməkdir. 12 ay ərzində şirkət nəticələri analiz edəcək və testin qalan 155 000 nəfərə şamil edilib-edilməyəcəyi ilə bağlı qərar qəbul edəcək.


Bildirək ki, belə bir təcrübəni (qısaldılmış iş həftəsi təcrübəsini) daha öncə, 2018-ci ildə Perpetual Guardian yerli şirkəti tərəfindən aparılmışdı. Nəticədə belə bir qərara gəldilər ki, qısaldılmış iş həftəsi işçilərin əmək məhsuldarlığına heç bir təsir etməyib. Əksinə əməkdaşların stress səviyyəsi aşağı düşüb və iş-həyat balansı daha da yaxşılaşıb.


Bildirək ki, daha öncə Yeni Zelandiyanın baş naziri Casinda Ardern, həmçinin, müəssisələri iş həftəsini qısaltmaq ilə bağlı düşünməyə çağırdı. Onun fikrincə, belə bir qərarın nəticələrindən biri o olacaq ki, daxili turizmdə bum yaşanacaq.


JLL-nin qlobal bir soğrusuna görə, ofis işçilərinin 74%-i dörd günlük iş günü ideyasını dəstəkləyir.