Avqustda Facebook-ın platforması olan Instagram Reels funksiyasını, ötən ay isə Snapchat isə Spotlight funksiyasını platformasına əlavə edib. Bütün bu yeniliklər isə qısa videoların mübadiləsi xidməti olan populyar platforma TikTok ilə rəqabət istəyindən dolayı yaranıb.


Facemark.az xəbər verir ki, hər iki şirkət qısa videoların paylaşma xidməti olan Dubsmash-ı almaq üçün mübarizə aparsa da, Reddit onu alıb. Bu haqda isə şirkətin öz bloqunda məlumat verilib.


Dubsmash Reddit istifadəçilərinə video yaratmaq, axtarış etmək və paylaşmaq funksiyalarını təqdim edəcək. Dubsmash öz şəxsi markasını qoruyacaq, ancaq komandası (üç həmtəsisçisi də daxil olmaqla) Reddit komandası ilə birləşdiriləcək. Dubsmash alətləri Redditə əlavə edilir, nəticədə şirkətin böyük bir auditoriyası özlərini daha orijinal bir üslubda təqdim etmək şansı qazanırlar.



Dubsmash öz auditoriyasının fərqliliyi ilə də xarakterizə edilir. Belə ki, istifadəçilərinin 70%-i qadınlar, 25%-i isə afro-amerikalı yeniyetmələrdən ibarətdir.


Hər həftə xidmət istifadəçiləri 1 milyarddan çox video baxış əldə edirlər. İstifadəçilərin 30%-i isə gündəlik olaraq platformanı ziyarət edir. Əslində video funksiyası Reddit-də 2017-ci ildən var və o vaxtdan bəri də bu funksiyadan istifadə dayanmadan artır.


2020-ci ildə isə portalda yerləşdirilən videoların sayı 2 dəfə artım göstərib. TikTok-un rəqibləri olan Triller, Dubsmash və Byte ABŞ-da Çin tətbiqetmələrinin bloklanması xəbərindən sonra populyarlıq qazanıb.