Bir az bu məqalənin yaranması haqda deyim. Mən ara sıra blogları gəzməyi çox sevirəm. Yeni bir fikir,yeni bir təklif, yaradıcı, alternativ düşüncəni sevirəm.. Blogları gəzərkən gözəl bloglara rast gəlirdim.. Ən çox da bloga girdiyim zaman ilk diqqət elədiyim "detal" nədənsə sayğac olur.. Və gözəl blogların aşağı reytinq olması məni bir az narahat etməyə başladı..Bunun iki səbəbi var idi. Birincisi reklamın zəifliyi (reklam deyəndə Azərbaycan sayağı reklamı yox, mədəni bir tanıtımı nəzərdə tuturam), ikincisi məlumatların oxucunu cəlb etməməsi olur. Amma gördüm ki məlumatların keyfiyyəti olduqca yuxarıdır... Sadəcə kiçik bir "tanıtım" lap yerinə düşər..Və blog fəaliyyətində kifayət qədər var olan təcrübəm o bu məqaləni yazmağa sövq etdi.... Düzü seviləcəyini ağlıma belə gətirməzdim.Kifayət qədər sevildi.. Günü gündən bloglarımızın sayı artmaqdadır.. Bu çox sevindiricidir.. Demək kiminsə deməyə sözü var bu cəmiyyətdə.. Sözü olmayan da mp3,oyunla bu millətin əlinə "konfeti" verməyi bacarır.. Əlqərəz. Və hələ də "papaq altında yatan" bloglarımızın olduğunu nəzərə alaraq bu məqaləni yenidən təkrar olaraq gündəmə gətirməyin ziyanlı olmayacağını düşündüm, yenidən əziz oxucularımın "istifadəsinə" verirəm... İnanıram ki blog sferasında yeni addımlayanlar üçün faydalı olacaq.


Gözəl bir blog hazırladınız. Dizayn və kodlaşdırma super, içindəki məlumatlar bir nömrə,görənlər bəlkə də heyran qala bilərlər. Bəs hardadır bu ziyarətçilər? Halbuki nə qədər xəyal qurmuşdunuz. Nə qədər pul və əmək xərcləyərək bir blog hazırlamışdınız və ziyarətçilər də özbaşına saytınıza gələcək idi? Unut bu yuxunu. Hətta saytı hazırlama əsnasında yorulduğunuz zaman özünüzü təsəlli etmək üçün də həmişə saytınıza gələcək ziyarətçiləri düşünürdünüz. Amma təəssüf ki, gercəklər belə deyi! Dünyanın heç bir yerində heç kimsənin saytına havadan ziyarətçi gəlməz buna sizinki də daxildir.


Siz istər dünyanın ən lazımlı məhsulunu satın , istər xərçəng xəstəliyinə tapdığınız çarəni saytınızda izah edin , istər insanlara milyoner olmanın yollarını izah edin . Saytınızı tanıtmasanız kimsə saytınıza gəlməz. Heç kim yatıb yuxusunda sizin saytı görə bilmə qabiliyyətinə sahib deyildir. Hətta "toyuq belə yumurtlayarkən yumurtasının reklamını edir, qaqqıldayır". Bəli nə qədər gülməli olsa da bu bir gərçəkdir və sizin də əlinizdə dünyanın ən məşhur qiymətli əşyası olsun- reklam etmədikcə bir işə yaramayacaq...


Qədim dövlərdən bir söz vardır “Türk kimi başla İngilis kimi bitir” deyə. Biz də azəri türkü olaraq hər şeyə yaxşı başlarıq. Ama davam etdirmək gələndə isə çətinliklər çəkirik. Bir anliq tarixdə də nəzər salsaq bu xasiyyəti görə bilərik. Qəşəng bir söz vardır “Uğur qazanmaq istəyirsənsə Amerikalılar kimi düşünün, çünki Amerikalılar elmi istifadə etməkdə çox yaxşıdırlar. Yapon kimi planlayın, çünki Yaponlar səbirlə ən incə detalları planlaya bilirlər. Türk kimi başlayın, çünki Türklər pratik zəkalıdırlar və anidən hərəkətə keçən xalqdır. Alman kimi davam edin, çünki Almanlar iş disiplini çok yüksək olan bir cəmiyyətdir və son olaraq İngiliz kimi bitirin, çünki İngilislər də nəticəni incəliyər və nəticəyə baxarlar, bəhanələri xoşluqla qarşılamazlar, uğuru nəticə almaqda bilərlər.”


Bu söz həqiqətən də doğrudur. Bir menecer kimi deyə bilərəm ki sizin bu keyfiyyətlərə hər birisinə sahib olmanız lazımdır. Əgər gərçək bir müvəffəqiyyətə çatmaq istəyirsinizsə Yapon kimi planlayıb, Türk kimi başlayıb, Amerikan kimi satışa çıxarıb, Alman kimi davam edib, İngilis kimi bitirməniz lazımdır.


Bəs reklamınızı necə edəcəksiniz ?


Dünyadaki ən yaxşı alverçilər Amerikalılardır. Bu nöqtədə axtarış mühərriklərinin çoxu də Amerikalılara aiddir. Saytınızı bir Amerikalı kimi satışa çıxarın deyərkən məqsədim bu idi.Yəni saytınız və ya yaxud blogunu axtarış sistemlərində qeydiyyatda keçirmək şərtdir


Bir Alman kimi iş intizamı ilə saytınızı daim müasir dövrə görə yeniləməlisiniz. İkinci Dünya müharibəsindən xaraba olaraq çıxan Almaniya qısa zamanda yenə Avropanın ən yaxşısı olmağı belə bacardı.


Bir İngilis kimi nəticəyə nəzəriniz cəlb edin. Nə istəyirsiniz? Pul, şöhrət, yoldaş və ya hamısımı? Nəticə ala bilməmək sizin üçün müvəffəqiyyətsizlik olmalı və həmişə daha yaxşı işləyib bəhanələri başınızdan silməlisiniz. Məsələn vaxtım olmadı sayta nəzər yetirə bilmədim, bu iş sıxıcıdır və sair belə bəhanələr.İş sıxıcıdır başlama heç bu yola. Başladınsa uğur qazanmaq istəyirsənsə bunları etməlisən. Yoxsa uğurdan əlini üz.


Və bir Türk kimi başlamaq. Yaponlar bizə niyə heyran olur bilirsinizmi? Çünki onlar bizi tanıyırlar həm də bəlkə bizdən daha yaxşı. Türk xalqı olaraq həddindən artıq praktik zəkalı bir cəmiyyətik. İstanbulun Fəthində qurudan yağlı xizəklərlə gəmi gəzdirməyi başqa kim düşənə bilərdi? Bir neçə gün öncə bu “gəmi gəzdirməklə” bağlı foto qarşıma çıxdı..bu yaxınlarda xarici ölkələrin birində baş vermiş bir hadisə idi,alt yazıda belə bir not buraxılmışdı-“biz bunu 1453-də etmişdik “


Çalışın saytınızı axtarış sistemlərində qeydiyyatdan keçirin. Sonra açar sözlər mütəmadi olaraq saytınızda yerləşdirin. Bu çox lazımlıdır. Bəs açar sözləri necə seçək .Məsələn məndə blogda müəyyən bölmələr var. Məsələn kitab bölməsi. Sən açar söz olaraq “kitab” sözü yazsan çox aşağı nəticə əldə edəcəksən. Çünki bunu mən yoxladım .Amma sən açar söz olaraq “E-kitabxana” və ya “E-book” yazarsan daha yaxşı nəticə əldə edəcəksən. Yəni çalışın axtarış sistemlərində kitaba aid daha çox işlənən sözlərdən istifadə edin. Bu qayda bütün bölmələr üçün gecərlidir.


İndiki dövrdə sosial şəbəkələr potensial oxucu kütləsi deməkdir, bundan maksimum dərəcədə faydalanmağa çalışın,blogunuzda yenilik olduqca facebook və twitter kimi social şəbəkələrdə paylaşın..


Bir də ki saytlar arasında dostluq əlaqələri yaradın. Həm öz saytına ziyarətci axını qazanarsan həm də özünə həmkar dost tapmış olarsan. Bəlkə həmin dostunla gələcəkdə böyük proyektlər də ola bilər ..


Saytınıza ziyarətçi axınını artırmağın bir çox yolunu sizə deyəcəyəm


1.Yarışlar və muzakirələr təşkil edin. Mukafatlar ziyarətçinizin marağını çəkəcək və diqqət oyandıracaq. Bu sayədə yarışınıza qeyd olan insan nəticələri görmək üçün təkrar saytınıza təşrif edəcəkdir. Mukafat mütləq pul olacaq deyə bir şərt yox. Keyfiyyətli bir kitab, səmimi və gözəl bir təbrik ola bilər. Məsələn mən sevimli ziyarətçilərimin reklam bannerlərini hazırlayib onlara hədiyyə edirəm .


2.Sual cavab bölməsi aça bilərsiniz. Burda ziyarətçilər maraqlandıran suallara cavab tapma xidməti ola bilər. Məsələn PC, web dizayn saytları bundan geniş istifadə edir. Məsələn tibblə bağlı bir blogunuz və ya saytınız varsa siz ziyarətçilərinizə pulsuz şəkildə məsləhət bölməsi aça bilərsiniz. Tibbə aid və ya müəyyən tibbi problemlərə görə sizə müraciət edə bilərlər.Məsələn mən PC aid məsləhət bölməsi açmaq üzərində işləyirəm .Tam olaraq sual cavab üzərində olacaq. (bizim belə bir proyektimiz Azəriblog-un fəaliyyət dönəmində olmuşdu-Pulsuz həkim məsləhəti) Hər dəfə admin panelə daxil olanda, yüzlərlə məsləhət almaq üçün təşrif edən insanlara məsləhətlə yardım etmək necə də xoş idi, bu işdə həkim dostum mənə köməklik edirdi .


3.Saytınızda dərslər verə bilərsizniz. Məsələn bir çox forumlar bundan geniş istifadə edərək ziyarətçi axınını gücləndirir .Bir misal göstərə bilərəm ki mən Photoshop Corel Draw programlarını bu cür dərslər verən sayt və forumlardan öyrənmişəm .


Sonda onu demək istərdim ki –heç vaxt düşünməyin ki mən bu blogu və ya saytı açıram, heç kim ziyarət etməz. Sən bu düşüncə ilə yaşasan,heç vaxt uğur əldə edə bilməzsən. Sən hər dəfə netə girəndə xoşladığın forumlara və ya bloglara daxil olduğun kimi ,sənin kimi 400.000 insani düşün yetər. Əgər sənin blogun yetəri qədər maraqlıdırsa ,bu sadaladıqlarımı etsən onu oxuyan əlbət tapılacaq....