Facebook artıq əvvəlki Facebook deyil… Son dövrlərdə artırılmış reallıq, gaming platformaları ilə qarşımıza çıxan şirkət, indi də yeni platforması Collabı elan edib.
Facemark.az xəbər verir ki, platforma istifadəçilərə hovuz sistemi ilə ortaq musiqi və video kontent yaratmalarına kömək olur.
Son dövrlərdə Facebook çeşidli sahələrdə etdiyi innovasiyalar ilə özlərini davamlı olaraq yeniləyir. Yeni platforması ilə istifadəçilər, ortaqlaşa musiqi və video kontent yarada biləcəklər.
Collab, çeşidli videoları birləşdirərək istifadəçilərin öz yaratdıqları bəstələrə, yeni bir aranjıman etməsinə kömək olacaq. TikTok-dakı düetlər ilə oxşar olan platforma, eyni zamanda musiqi istehsalını da dəstəkləyir.
Collab, həm musiqi professionallarının, həm də musiqisevərlərin keyfli vaxt keçirməsi üçün hazırlanıb. Platforma, istehsalçılarına musiqi bəstələmə və yeni aranjmanlar kəşf etmə imkanı təklif edəcək.
Facebook Collab, ABŞ-dakı IOS istifadəçiləri üçün əlçatandır. Yaxın zamanlarda digər ölkələr və Android istifadəçiləri üçün də istifadəyə açıq olacağı gözlənilir.