Epidemiya zamanı YouTube vasitəsilə kontent istehsalı artmışdı, hətta videolara keyfiyyət məhdudiyyəti gətirilmişdi.
Facemark.az xəbər verir ki, video striminq platforması YouTube, izləmə keyfini qaçıran bu problemə həll yolu tapıb.
Canlı yayım keyfiyyətini yaxşılaşdıracaq yeniliyini açıqlayan YouTube, videolar üçün inkişaf etdirdiyi yüksək keyfiyyətli, effekt və kölgələndirmələrin olduğu texnologiyanı artıq canlı yayımlara daşıyır.
Artıq canlı yayımların HDR dəstəyi qazanması ilə rənglər və videonun keyfiyyəti artır.
Bu funksiya video çəkmək üçün istifadə edilən cihazın funksiyalarına bağlı olaraq hər kəs tərəfindən istifadə ediləcək.