Son illərdə adını tez-tez eşitdiyimiz Xiaomi, uğurlarını davam etdirir. Firmanın bazar dəyəri 100 milyard dollar səviyyəsini ötüb keçib.


Xiaomi üç bazar data analiz şirkəti Canalys, IDC və Counterpoint Research-ə görə, 2020-ci ilin iyul, avqust, sentyabr aylarını əhatə edən üçünçü rübündə dünyanın ən böyük üçüncü ağıllı telefon istehsalçısı olub.


Facemark.az xəbər verir ki, son məlumata görə Xiaomi Hang Seng İndeksi içində 13-cü pilləyə qalxıb. Gün sonunda isə Xiaomi-nin bazar dəyəri avqust ayından bu yana göstərdiyi yüksəlişin təsiri ilə 100 milyard dollar səviyyəsinə çatıb.


Xiaomi-nin səhmləri yüksəlir


Şirkətin hədəfləri sırasında 2018-ci ildə 100 milyard dollar bazar dəyərinə çatmaq var idi. Çin istehsalçısı 2 il geciksə də, hədəfini reallaşdırmış oldu. Kompaniya son illərdə göstərdiyi uğurlarına bağlı olaraq səhmləri də yüksəlib. Xiaomi-nin səhmləri Honk Konq birjasında 9,1% yüksələrək yeni bir rekord qırıb. Bununla qalmayıb, Xiaomi, noyabr ayında son iki ildə ən sürətli rüblük satış artımı yaşadığını elan edib.


Qeyd edək ki, bazar datalarını analiz edən Canalys son hesabatında açıqlamışdı ki, Xiaomi 2020-ci ilin üçüncü rübündə Türkiyənin ən çox satılan ağıllı telefon markası olub.