WhatsApp-ın yenilənən texniki səhifəsi xidmətin hansı əməliyyat sistemini dəstəyən cihazlarda çalışacağını elan edib.
Facemark.az xəbər verir ki, Lifehacker saytının yazdığına görə, bu yenilik təkcə yeni hesablar yaratmaqla deyil, həm də mövcud hesablara giriş ilə bağlıdır.
Beləliklə, 2021-ci il yanvarın 1-dən başlayaraq messencerdən Android 4.0.3 və ya iOS 9 və daha yeni əməliyyat sisteminə sahib olan smartfon sahibləri istifadə edə biləcək.
Başqa sözlə, iPhone 4 və daha köhnə versiyalara sahib modellər, eləcə də iOS 9-un əlçətan olmasına baxmayaraq hələ də iOS 8-də qalan cihazlar üçün messencerə əlçatanlıq sona çatır.
2020-ci ilin əvvəlində isə xidmət Android 2.3.7 və köhnələri və iOS 7 və köhnələrində dayandırılmışdı.
WhatsApp-ı hələ də köhnə bir smartfonda istifadə edirsinizsə, tövsiyə edirik ki, kontakt və qeydlərinizin nüsxəsini öncədən əldə edəsiniz. Bunlar sizə yeni telefonda onları qeyd etmək üçün lazım olacaq. ![]()