WhatsApp — dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla insan ilə ünsiyyət qurmaq üçün istifadə edilən ən popular messencerlərdən biridir. Buna baxmayaraq hələ də bir çox insan onun imkanları haqqında tam da məlumatlı deyil. Onların arasında çox faydalıları var. Bu məqaləmizdə onlar haqqında danışacağıq.


1. Fərdi məlumatlarınızın necə göründüyünü tənzimləyin



Tənzimləmələr → Hesablar → Gizlilik menyusuna daxil olun. Burada şəxsi məlumatlarınızın görünürlüyünü tənzimləyə bilərsiniz. Bura foto, profil, status, şəbəkə son ziyarət haqqında məlumatlar daxildir. Bu məlumatların gizli olmasını istəyirsinizsə, etməli olduğunuz ayarlar bölməsində onu “Heç kim” etməkdir. iOS üçün isə hesab tənzimləmələrinin “Gizlilik” bölməsində eyni funksiyalar var.


2. Mesajları format edin



Hələ də bir çox insanlar bilmirlər ki, mesajlardakı yazıları “bold”, “kursiv”, “cızıqlı” etmək olar. Bunu etmək üçün isə sözün əvvəlinə sonuna müəyyən bir simvol qoymaq lazımdır. “Bold” yazı üçün ulduzdan, kursivli yazı üçün alt cizgidən, cızıqlı yazı üçün isə tilde-dən istifadə edə bilərsiniz. Nümunə üçün belə. *facemark.az*, _facemark.az_, ~facemark.az~


3. Müəyyən bir mesaja cavab verin



Aktiv mesajlaşmalarda istədiyiniz mesajı cavablamaq funksiyası, sizi qarışıqlıq və anlaşılmazlıqlardan xilas edir. WhatsApp-da bu funksiyadan olduqca rahat bir şəkildə istifadə edə bilərsiniz. Bunun üçün çatdakı mesajı soldan sağa sürüşdürməli və ya mesaja basıb, yuxarıda görünən menyuya da klik edə bilərsiniz.


4. Mesajları seçilmişlərə əlavə edin



Mesajları seçilmişlərə əlavə etməklə onları digər mesajlar içində asanlıqla tapa bilərsiniz. Bu funksiya, hansısa koordinatları, alış-veriş siyahısını, tapşırıqları yadda saxlamaq üçün olduqca faydalıdır. Bu funksiyadan istifadə etmək üçün isə mesajı basılı tutmalı və ulduzun olduğu düyməsini klik etmək lazımdır.


5. Mesajlaşmada rassılkadan istifadə edin



Bu funksiya 1 məlumatı bir çox şəxslər arasında paylaşmaq üçün olduqca faydalıdır. Bunun üçün söhbəti basılı tutub, sağ tərəfə istiqamətlənən oxa klik etmək lazımdır. Mesaj kontakt siyahınızda, göndərmək istədiyiniz seçilmiş şəxslərə göndəriləcək. Onların cavablarını isə yalnız siz görə bilərsiniz.


DAVAMI NÖVBƏTİ MƏQALƏDƏ