MƏQALƏNİN ƏVVƏLİ BURADA
6. Mesajların nə vaxt çatdığını və oxunduğunu izləyin
Bir çox insan bilmir ki, onların göndərdiyi mesajı sahibi nə zaman əldə edir və nə zaman artıq oxuyur. Bunu etmək üçün platformadakı istədiyiniz mesajı basılı saxlayın və info yerinə klik edin. Bu zaman qarşı tərəfin mesajı nə zaman aldığını və nə zaman oxuduğunu aydın şəkildə görə bilərsiniz. Bu funksiya bir şəxslə əlaqə qura bilmədiyiniz və mesajınızın alındığını bilmədiyiniz zaman çox faydalı olur. Ancaq nəzərə alın ki, bu funksiya o zaman əlçatandır ki, qarşıdakı şəxs tənzimləmələr bölməsində “hesabatı oxu” düyməsini aktiv saxlayıb. Deaktiv etdikdə isə bu funksiya işə yaramır.
7. İndividual bildiriş səslərini aktiv edin
Bir çox ani mesajlaşma xidmətlərindən fərqli olaraq WhatsApp yeni mesajlar, hər bir kontakt üçün zənglər, qrup zəngləri üçün özəl bildirişlər qurmağa kömək olur. Bu funksiyanın köməyi ilə smarfonunuzun ekranına baxmadan sizə kimin yazdığını təxmin edə bilərsiniz. Bu funksiyanı bildirişlər bölməsindən tənzimləmək olar.
8. Medianın avtomatik yüklənməsini dayandırın
Bu funksiyanı deaktiv etmək, rouminqdə olan zaman sizin üçün olduqca faydalı ola bilər. Çünki mobil operatorunuz sizdən yükləməyə görə, hesabınızdan ödəniş çıxa bilər. Siz tənzimləmələrdə üç variant görəcəksiniz. Bunlar Mobil şəbəkə, Wi-Fi və Rouminqdir. Onların hər birinin yanında təsvir, audio, video bölməsindən təsdiq işarəsini aradan qaldırmalısınız.
9. Məlumat itkisi olmadan mobil nömrənizi dəyişdirin
Yeni bir SIM kartınız varsa, bu başqa bir WhatsApp hesabı yaratmağınız lazım olduğu anlamına gəlmir. Bunu etmək çox sadədir. Tənzimləmələr, Hesab, Nömrəni dəyişdir bölməsinə keçid etmək lazımdır. Köhnə nömrənizi təsdiqləyin, yenisini daxil edin. Budur işiniz bitdi! Bu yolla bütün məlumatlarınız olduğu kimi qalacaq.
10. WhatsApp parolunu qoruyun
Bəzi şeylər başqaları üçün nəzərdə tutulmayıb. Xüsusilə də WhatsApp mesajlarınız. Bəzi dostlarınızın və ya ailə üzvlərinizin başqalarının mesajlarını oxumağı sevdiyini bilirsinizsə, ən yaxşı həll yolu WhatsApp-ı parolla qorumaqdır. Məsələn, ChatLock tətbiqi ilə bunu edə bilərsiniz.
Belə məqalələrin davamlı olmağını istəyirsinizsə, şərh bölməsində bizə yazın. ![]()







