Çin səlahiyyətlilərinin başlatdığı antimonopoliya araşdırması Alibaba-nın səhmlərinin qiymətini Honk Konq birjasında 9%, Nyu York birjasında isə 13% azalmasına gətirib çıxarıb.


Facemark.az xəbər verir ki, bu şirkətin səhmlərinin Amerika birjasında bu günə qədər ən güclü enməsidir.


Tənzimləyicinin iddiaları 2-sindən 1-ni seçmək praktikası ilə bağlıdır. Bu praktika ondan ibarətdir ki, satıcılara şərtlər qoyulur və bazarın diktəsinə, əsasən, müstəsna müqavilələr bağlamaq məcburiyyətində qalırlar. Nəticədə onlar digər platformalar ilə işləmək imkanından məhrum olurlar.


Daha əvvəllər hökumət səlahiyyətliləri Alibaba-nın fintex törəmə şirkəti olan Ant Group-a antimonopoliya ilə bağlı suallar vermişdilər. Ötən ay Çin şirkətin yaxınlaşmaqda olan və dünyanın ən böyük 37 milyard dollarlıq IPO qərarına mane olub.


Kommunist Partiyasının rəsmi mövqeyinə görə, nəzarətsiz və barbar şəkildə biznesin genişləndirilməsi, monopolistlərə qarşı tolerant mövqe sənayenin davamlı inkişafına əngəl yaradır.


Alibaba Group, dünyanın ən böyük onlayn pərakəndə satış şirkətidir və Çin digital - reklam bazarında liderdir.


2019-cu ildə şirkət büdcəsi sürətlə böyüyən reklamverənlərdən biri oldu.