IAC Korporasiyası, videohostinq Vimeo-nun səhmləri birjada satılacaq müstəqil bir şirkətə çevirməyə qərar verib. Aktivdən kənarlaşmaq üçün səhmdarın təsdiqi tələb edilir.


Facemark.az xəbər verir ki, IAC yenidən qurulma ilə bağlı təsdiq alarsa bu, 2021-ci ilin ikinci rübündə baş verəcək.


IAC Vimeo-nun fenomenal böyüməsi, güclü bazar mövqeyi və böyük perspektivlərindən təsirlənib. IAC-ın CEO-su Joey Levin deyib ki, Vimeo-nun qanadlarının açılması zamanı gəlib.


Çoxşaxəli holqindin tərkibindən çıxıb “pure-play” oyunçu olmaq video xidmətinin gələcəyi üçün böyük imkanlar yaradacaq. Xüsusilə məhsul inkişafı, texnologiya, beynəlxalq genişləndirmə və satınalma üçün tələb olunan investisiyaları daha effektiv şəkildə cəlb edə biləcək.


SimilarWeb-in araşdırmasına görə, son altı ayda Vimeo.com-un auditoriyası 111 milyon nəfərdən 121 milyon nəfərə yüksəlib. Qlobal reytinqdə Vimeo-nun yeri 353-cüdür. Məsələn, 2020-ci ilin noyabrda aparılan araşdırmaya görə, videohostinq TV, kino, striminq kateqoriyasında 13-cü yerdə qərarlaşıb, rus kinoaxtarış saytı - Kinopoisk isə 15-ci pillədə yer almışdı.