İllərdir ki, televizor sektorunda dolayı yolla yer alan Amazon, radikal bir qərarla Amazon markalı televizorlar istehsal etməyə başlayıb.
Facemark.az xəbər verir ki, AmazonBasics adı ilə Hindistan bazarına giriş edən Amazon televizor modelləri Fire OS əməliyyat sistemi üzərində çalışır.
4K yerləşdirmə və LED ekrana sahib olan televizorlar HDR 10, Dolby Vision və daha canlı görüntülər təqdim edən HLG formatlarına dəstək təqdim edir.
Amazon-un ilk televizorları olan Fire TV Edition TV-lərin 50 inç olanı təminən 410 dollar, 55 inç olan model isə 480 dollardan satışa çıxarılıb.
Amazon-un hər iki modelində Dolby Atmos səs dəstəyinə malik olan 4K UHD TV var. Bilməyənlər üçün deyək ki, AmazonBasics, Xiaomi-nin Youpin-i kimi şirkətin fərqli məhsullarını satmaq üçün istifadə etdiyi bir alt markasıdır.
TV-lər birlikdə verilən Alexa Voice Remote vasitəsilə Amazon-un ağıllı assistant Alexa-nı da dəstəkləyir. Televizorlar hazırda sadəcə Hindistan bazarında satışa çıxarılıb.