TikTok 2020-ci ildə Rusiyada iPhone üçün AppStore-də lider olub. Tətbiq ilin ən yüksək orta reytinqini alıb və zaman baxımından zirvədə lider idi.
Facemark.az-ın məlumatına görə, bu haqda AppFollow-un məlumatında deyilib.
Sosial şəbəkə Overall (bütün əlavələr) kateqoriyasında, pulsuz əlavələr arasında Rusiya və ABŞ-da lider olub.
Bu kateqoriyada ən popular xidmətlər isə ivi (iPad) və VK (iPhone) olub. Sosial şəbəkə kateqoriyasında iPad üçün lider mövqedə olanlar VK və Odnoklassniki olub. Telegram və WhatsApp bu kateqoriya üzrə, pulsuz tətbiqlər arasında ən yüksək reytinqi olan əlavələr olub.
Google Play-də sosial şəbəkə kateqoriyasında ən birinci yeri TikTok (pulsuz əlavələr arasında) və VK (bütün əlavələr arasında) olub.
Təhsil kateqoriyasında, pulsuz əlavələr reytinqinə isə Yandex Tərcümə başçılıq edib. Pulsuz biznes əlavələri kateqoriyasına lider isə Zoom və Minecraft olub. Maliyyə kateqoriyasında lider Sberbank, yemək-içmək kateqoriyası üzrə birinci mövqedə olan isə Pyateroçka olub.
AppAnnie kompaniyası, həmçinin 2020-ci ilin ən popular əlavəsi olaraq TikTok-u seçib. Tətbiq istifadəçi xərcləmələri baxımından Tinder tanışlıq xidməti dünyada liderdir, onu TikTok və YouTube izləyir.