facemark.az azərbaycanlıların ən çox istifadə etdiyi Facebook və Instagram-da 2021-ci ildə gözlənilən yeniliklərdən bəhs edib.
2021-ci ildə Facebook-da
- Facebook Hekayələr və Facebook Canlı-ya marağı və qarşılıqlı əlaqəni artıracaq yeni funksiyalarını elan edəcək.
- Onlayn alış-veriş təcrübəsini artıracaq yeni funksiyalar platformaya əlavə ediləcək.
- Facebook AR ekosistemini böyütməyi davam etdirib.19 fərqli ölkədən 400 000-dən çox developer ilə birlikdə 1,2 milyon yeni effekt üzərində çalışdıqlarını elan edib. 2021-ci ildə effekt bombardımanı yaşayacağımızı desək sürpriz olmaz.
- Facebook video marketinqini böyüdəcək, yeni həllər üzərində çalışacaq. İstər uzun olsun, istər qısa, istər effektli olsun, istərsə də effektsiz 2021-ci il videoların heç olmadığı qədər rəğbət gördüyü bir il olacaq.
- Mövcud yaş qrupunun böyüməsi ilə nostalji paylaşımları daha çox istifadə edəcəyik.
2021-ci ildə Instagram-da
- Platforma daxilində alış-veriş trendi daha da artacaq.
- Yeni funksiyaların əlavə ediləcəyi Instagram Hekayələri, təsirli marketinq kampaniyaları yaratmaq istəyənlərin fokusunda olacaq.
- Alış-veriş funksiyaları ilə dəstəklənən Instagram Canlı və IGTV il ərzində çox danışılacaq və daha çox istifadə ediləcək.
- Markalı AR filtrlərinə maraq artacaq.
- Instagram kəşf funksiyasına yeni filtrlər gələcək.
- TikTok və Twitter üzərindən gələn çarpaz paylaşımları davam etdirəcəyik.
- Məhsul detal videoları ilə yanaşı, qısa videoları da daha çox görəcəyik.
Müəllif: Funda Güleç