ABŞ-da CES2021 texnologiya sərgisi baş tutub, Sostav ən maraqlı anonsları bir araya yığıb, onun brendlər, reklamçılar və marketoloqlar üçün hansı imkanlar açdığını araşdırıb.


Xəstəliklərin dioqnatikasından AR-ə qədər



InWith kompaniyası inteqrasiya edilmiş ekran ilə təchiz edilmiş “ağıllı linza”larını təqdim edib. İstehsalçılar deyirlər ki, onların texnologiyası gələcəyin görmə sahəsində elektron inqilabı olacaq. MediaCom-un (GroupM) innovativ məhsulların inkişafı üzrə rəhbəri Aleksandra Pavlova deyib ki, belə texnologiyalardan əczaçılıq sənayesində, müasir diaqnostika, AR-dən istifadə etməklə, müştəri təcrübəsini yaxşılaşdırmaq üçün təhsil, əyləncə sahələrində, bankçılıq, təhlükəsizlik-digər identifikasiya edilmiş məhsul və qurğuların alternativi kimi istifadə etmək olar. Media Direction Digital (MEDIA DIRECTION GROUP-a daxil olan) innovasiya qrupunun rəhbəri Marina Alektorskaya isə deyib ki, dünya device-free interfeysinə doğru gedir, belə qurğuların hazırlanması da bu fikri təsdiq edir. O, deyir ki, insanlar AR rejimi vasitəsilə məhsul və xidmətlər haqqında bütün informasiyaları əldə edə bilir. Bunu piştaxtanın yanında, mağaza ətrafında, yaxud sadəcə kompüter arxasında oturaraq etmək olar. Senior Experience Strategist Digitas Moscow (Publicis Groupe Russia-da daxildir) Kristina Adaoviç isə yeni trend haqqında öz fikirlərini paylaşıb. O, deyir ki, marketoloqlar üçün bu yenilik müştərilər ilə qarşılıqlı əlaqənin yeni formatını təqdim edir. Onun vasitəsilə marketoloqlar müştəriləri ilə olan ənənəvi qarşılıqlı əlaqə modelini yenidən nəzərdən keçirə bilərlər.


Flexible, şəffaf və fırlanan displeylər



LG düz və əyri pozisiyalar arasında hərəkət etməyinizə kömək olan LG Bendable ekranını təqdim edib. Birinci filmə, digəri isə oyunlar oynamaq üçün əlverişlidir. Eyni zamanda, kompaniya OLED-televizoru hazırlayıb, onu ağıllı evin bir hissəsi etmək olar, restoranda bir arakəsmə, yaxud metroda bir pəncərəni əvəz edə bilər.


Media Direction Digital-ın nümayəndəsi Marina Alektorskaya deyib ki, bu trend olduğu yerə adaptasiya olan yeni TV-lərin ərsəyə gəlməsi prosesini sürətləndirəcək. hybrid.ai-nin xarici kommunikasiyalar üzrə bölməsinin rəhbəri Satya Myaqkova isə bildirib ki, pandemiyada müştərilərin daha keyfiyyətli görüntüyə tələbi artıb. Bu videoreklam bazarına da təsir edə bilər. İstehlakçıların arzu və istəklərinə uyğun olaraq keyfiyyətli video reklamların sayı arta bilər. Həmçinin Koreya brendi LG Rollable adlı yeni smartfonu da təqdim edib. Onun ölçüsü planşet ekran ölçüsünə qədər kiçildilə bilir. MOTIVE agency & production-un baş direktoru Sergey Jitineç deyib ki, display ilə transformasiya edilən qadjet bu tamamilə trenddir, gələcəkdə daha böyük formatlarda tətbiqi gözləniləndir. Ağıllı smartfonu fərqli daşıyıcılara çevirmək funksiyası oyun formatının inkişafına təkan verəcək,-deyə Marina Alektorskaya bildirib.


L’Oreal və YSL fərdiləşdirilmiş gözəllik


“L’Oreal və YSL tərəfindən yaradılan məhsul eksperimentlər və tərəfdaşlıq üçün limitsiz imkanlar təqdim edir”, - OMD OM Group-un performance direktoru Dmitriy Fedoseev deyib.



Wi-Fi 6 və 5G

D-Link kompaniyası simsiz əlaqə üçün yeni məhsullarını təqdim edib, onlar Wi-Fi 6 və 5G-ni də dəstəkləyir. Məlumatların ötürülmə sürətinin və qoşulma sabitliyinin artması reklam üçün də yeni imkanlar açır.

Gündəlik işlərdə köməkçilər


Bundan başqa, şirkətlər gündəlik rutinləri asanlaşdıran qurğuları da nümayiş etdirib. Onların içində Bot Handy və Samsung-dan Bot Care var. Bot Handy ev işlərində köməkçidir, evləri səliqəyə salır, süfrəni toplayır, eyni zamanda sahibinə şərab da süzə bilir. Bot Care isə gündəlik assistant olaraq hazırlanıb. O sahibinin gündəlik rutin və vərdişlərini öyrənir. Buna uyğun olaraq ona vacib xatırlatmaları edir.


Yeni reallıqda təhlükəsizlik



CES 2021-də təqdim edilən innovative məhsulların çoxu protective tech-ə aiddir. Məsələn, L’Oreal-dan saçlara qulluq sistemi, o suya da qənaət etməyə kömək edir, Iot cihazlarını qidalandıra bilən günəş batareyaları, qoruyucu maskalar, hava təmizləyiciləri, BioButton kimi koronavirus simptomları haqqında məlumat verən yapışdırıcılar. Onlar bədənin üzərinə yapışdırılır. Bunlar yuxarıda adını çəkdiyimiz texnologiyalara aiddir.