Türkiyədə investisiya qərarı alan texnologiya nəhəngləri arasına Xiaomi də qatılıb. Çinin texnologiya nəhənginin Türkiyədəki ağıllı telefon istehsal fəaliyyətinə ilin ilk rübü bitmədən başlaması gözlənilir.
Ağıllı telefon istehsalçılarından olan Çinin Oppo və Cənubi Koreyanın Samsung-un Türkiyədə istehsala başladığı xəbərini vermişdik. Son olaraq ağıllı televiziya məhsul qrupunda dünya miqyasına üst sıralarda yer alan Çinin texnologiya istehsalçısı TCL və “ağıllı telefon” istehsalçısı Tecno, Türkiyədə istehsala başlayacağını elan etmişdi.
Xiaomi, Türkiyədə “ağıllı telefon” istehsalına başlayacaq
Xiaomi-nin Türkiyədəki istehsal fəaliyyətini İstanbul, Avcılarda - Salcomp fabrikində reallaşdıracağı deyilir. Adıçəkilən fabrikdə ilk mərhələdə yalnız “Xiaomi” və “Redmi” imzalı ağıllı telefonlar istehsal ediləcək.
Modellərin detallarına dair hələ ki, bir məlumat verilməyib. Avcılar Ambarlı Limanı yaxınlarında 14 min m²-lik qapalı sahədə qurulan cip telefonu fabrikində 2000-ə yaxın şəxsə məşğulluq təmin ediləcəyi gözlənilir.
Mövzuya yaxın mənbələrin bildirdiyinə görə, Xiaomi ilin ilk rübü bitmədən, yəni mart ayı içində istehsala başlayacaq.