Honor, Honor V40 5G “ağıllı telefon” modelini rəsmi şəkildə təqdim edib.


Facemark.az xəbər verir ki, “Huawei”in embarqo səbəbindən dolayı satmaq məcburiyyətində qaldığı Honor, Honor V40 5G ağıllı telefon modelini rəsmi şəkildə təqdim edib.


Honor V40 yüksək performans və üst səviyyəli foto çəkiliş bacarıqlarına sahib olması ilə yanaşı, dizaynı və görünüşü ilə də maraq doğurur.



Gücünü Mediatek firmasının hazırladığı Dimensity 1000+ prosessorundan alan V40 modeli 8 GB RAM-a da sahibdir. Yaddaş tutumunun həcmi isə 128 GB və 256 GB olmaqla iki yerə ayrılır.


Cihazda qrafik prosessoru olan Mali-G77 MC9 var. Yuvarlaq kənarları olan smartfon 5G dəstəyini də təqdim edir.


Honor V40, əyri 6.72 inç-lik 2676×1236 OLED ekranı ilə dəqiq və detallı çəkilişlər edir. 120Hz yenilənmə nisbətinə, 300Hz toxunma reaksiyası təmin edən ekran, HDR10 dəstəyinə də malikdir.


V40-in arxasında 50 megapiksel ana + 8-megapiksel ultra geniş bucaq+ 2-megapiksel makro kameraları ilə bir araya gəlir. Burada eyni zamanda flaş ilə lazer avtomatik dəqiqləşdirmə sistemi də var. Ön kamerada isə cüt 16 megapiksel selfie kamera sistemi bizi qarşılayır.


4000 mAh-lıq batareyaya sahib V40, 66W-lıq SuperCharge funksiyası ilə 15 dəqiqədə 60; 35 dəqiqədə isə tamamilə şarj olur. Naqillərdən müstəqil şəkildə də şarj edilə bilən yeni model 50W-luq naqilsiz şarj funksiyası ilə 30 dəqiqədə 50% gücə çatır.