Instagram, biznes və kontent yaradıcıları üçün “Professional Pano” funksiyasını təqdim edib. Yeni funksiya ilə performans ölçülür, peşəkar alətlər kəşf edilir və tətbiq edilir, maarifləndirici məlumatları əldə etmək üçün bir mərkəzə müraciət edilir.


Instagram Professional Pano peşəkarlara xitab edir


Biznes hesabları və kontent yaradıcılarını vahid bir mərkəzdən dəstəkləyən Professional Pano 3 əsas bölümdən ibarətdir.


  • Performansını izlə bölümündən hesabınızın performansına görə son 30 günün statistikaları və trendlərini görə bilərsiniz.
  • Müəssisəni böyüt bölümündə isə hesabınızı daha səmərəli idarə edə bilirsiniz. Müəssisəniz üçün alış-veriş, kontent yaradıcıları üçün isə rozetlər kimi çeşidli vasitələr ilə səmərəliliyinizə nəzarət etmək olar.
  • Son yeniliklərdən xəbərdar ol bölməsinin maarifləndirici mənbələri ilə Instagram-dan ən yaxşı şəkildə necə istifadə etmək olar o göstərilir.

Biznes hesabları və kontent istehsalçılarını dəstəkləmək üçün Instagram 2020-ci ildə rozetlər, ınstagram mağaza, markalı kontent vasitələri kimi çeşidli alətləri istifadəyə vermişdi.


Noyabrda isə istifadəyə verilən professional mənbələr mərkəzini isə bu günə qədər 82 milyon hesab ziyarət edib, 37 milyon insan isə burada ən azı bir əməliyyat həyata keçirib.


Şirkət “Professional Pano” funksiyası ilə istifadəçilərin Instagram-da bizneslərini böyütmələrinə kömək olmaq və kontent istehsalçılarını isə uğura aparmağı hədəfləyir.