Hindistan hökuməti TikTok şirkətinə əlavənin ölkədə qalıcı olaraq bloklanacağı ilə bağlı məlumat göndərib.
Facemark.az-ın məlumatına görə, Business Today nəşrinə hökumətə yaxın mənbələrdən birinin dediyinə görə, Hindistan hələ 2020-ci ilin iyunun 29-da digər Çin əlavələrinin ölkədə qalıcı və müvəqqəti bloklanması haqqında oxşar məlumat göndərmişdi.
2020-ci ilin iyun və dekabr dövrləri ərzində Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi qanunun 69A maddəsini əsas götürərək 220-yə yaxın oyun və əlavələrin ölkədə qalıcı və müvəqqəti bloklanmasına dair qərar qəbul etmişdi. Onların arasında TikTok, WeChat, PUBG. Mobile, Shareit, UC Browser, AliSuppliers, Alibaba Workbench, AliExpress, Lalamove India, CamCard və başqaları var idi.
Hökumət nümayəndələrinin bildirdiyinə görə, belə addımlar bu əlavələrin ölkənin suverenliyinə, bütövlüyünə və ölkənin müdafiəsinə, dövlətin təhlükəsizliyinə, ictimai asayişə zərər vuran fəaliyyətdə iştirakına dair məlumatlar əsasında atılmışdı.
TikTok rəhbərliyindən isə deyiblər ki, onlar Hindistan hökumətinin yeni gələn məlumatını yoxlayır. Şirkətdən deyiblər ki, onlar Hindistan hökumətinin 29 iyun 2020-ci il bloklanma göstərişinin ilk hədəflərindən biri olan şirkət olub.
Hindistanın məmurları isə Çin istehsalçılarına öz mövqelərini ifadə etmək üçün 77 sualdan ibarət olan sorğuya cavab vermələri istənilmişdi. Onlar öz suallarının cavabında xarici hökumət orqanları ilə əməkdaşlıq etmədiklərini və lobbiçilik ilə məşğul olmadıqlarını sübut etməli idilər.
Yeri gəlmişkən;
Çin əlavələrinin son aylarda Hindistanda bloklanması, oyun, iş, əyləncə kateqoriyalar üzrə öz tətbiqlərinin birdən-birə inkişafına təkan verib. 2020-ci ilin iyun ayında isə hökumət bütün ölkəni əhatə edən və 7000-ə yaxın “developers”in iştirak etdiyi bir müsabiqə də təşkil etdi.
Eyni zamanda;
Hindistan hökumətinin bu il göndərdiyi xəbərdarlıq 2020-ci ilin iyunun 29-da göndərdiyi xəbərdarlıq məzmunu ilə eynidir. TikTok Çin şirkəti ByteDance-yə məxsusdur, istifadəçi məlumatlarının oğurlandığına dair bir çox iddialar ilə üz-üzə qalmışdı.
Dostalar tap funksiyasında olan çatışmazlıqdan dolayı, istifadəçilərin profil fotoları, nikneymləri, vətəndaşların unikal identifikatorların oğurlandığı aşkar edilib. Bu cür məlumatlardan cinayət məqsədlərini manipulyasiya etmək üçün istifadə edilə bilər.
2019-cu ildə Kaliforniya sakinlərindən biri TikTok-u məhkəməyə vermişdi. Bildirilirdi ki, əlavə onun şəxsi məlumatlarını Çin hökuməti ilə paylaşıb. Ötən il isə Pentaqon amerikalı hərbiçilərə özlərinin xidməti telefonları üzərindən TikTok əlavəsindən istifadə etməyi də qadağan etmişdi.