İsveç şirkəti malların xidmət müddətini artıraraq atmosferə tullantıların atılmasını azaltmağa çalışır.


Facemark.az xəbər verir ki, IKEA öz mebelləri üçün ehtiyat hissələrinin onlayn satışına başlayır. Bu haqda isə Financial Times nəşrinə IKEA-nın davamlı inkişaf üzrə direktoru Lena Pripp-Kovaç deyib.


O, əlavə edib ki, kompaniya əşyaların yenilənməsinin mümkün olduğu həll yollarını axtarır. Bunlar divanın üzlüyünün və dərisinin dəyişdirilməsi və s. daxildir.


IKEA bu ildən başlayaraq bütün dünyada fəaliyyət göstərəcək onlayn sifarişlər sistemini işləyib hazırlayıb.


Gələcəkdə ticarət şəbəkəsi ətraf mühitə mənfi təsirini azaltmaq və ekoloji cəhətdən təmiz bir şirkət olmaq üçün tullantısız istehsala keçməyi planlaşdırır. Malların xidmətinin müddətini artırmaq, bu məqsədə kömək ola bilər. 2030-cu ilə qədər şirkət atmosferə zərərli tullantıların atılmasını tamamilə dayandırmaq istəyir.


2020-ci ilin maliyyə ilində şirkət müştərilərinə 14 milyon ehtiyat hissələri tədarük edib.


Daha əvvəl İsveç şirkəti ekoloji həyat tərzini təşviq etmək və istehlakı azaltmaq məqsədilə yeni bir kampaniyaya da başlamışdı.