- 1993-cü ildə Kinq vitse-prezident Albert Qor və Texas milyarderi Ross Pero ilə Şimali Amerika azad ticarət razılaşması haqqında (Nafta) debat təşkil etmişdi. Debata 16,3 milyon insan baxmışdı, bu da həmin vaxt üçün rekord reytinq hesab edilirdi.


- 1995-ci ildə Fələstin lideri Yasir Arafat, İsrailin baş naziri Yitzhak Rabin və İordaniya kralı Hüseyn ilə eyni vaxtda müsahibə aparıb.


- 2001-ci il 11 sentyabr Vaşinqton, Nyu-Yorkda terror hücumu zamanı 700 sağ qalan və xilasedici ilə müsahibə aparıb. Eyni zamanda 35-dən çox dünya lideri və yüksək rütbəli şəxslərdən müsahibə alıb.


- Əfsanəvi müğənni Frank Sinatra çox nadir hallarda mətbuat ilə əlaqə qururdu. O, sonuncu müsahibini 1988-ci ildə Larri Kinqə verib. Daha sonra isə aktyor Marlon Brandodan müsahibə almışdı. Marlon da jurnalistlərə müsahibə verməyi sevmirdi. Televiziya aparıcısı hər iki müsahibəsini öz karyerasının ən parlaq anları hesab edib.


- O, eyni zamanda həbsxanadan apardığı müsahibələrinə görə də mükafat əldə edib. Məsələn, barmaqlıqlar arasına düşən boksçu Mayk Tayson, məhkum qatillər – ana və oğlu Santa və Kennet Kims, Texasda ölüm hökmünə layiq görülən ilk qadın Karla Fey Taker.