ESET şirkətinin təhlükəsizlik üzrə tədqiqatçısı Lukas Stefanko WhatsApp messencerdə yayılan təhlükəli virus haqqında danışıb.
Facemark.az xəbər verir ki,WeLiveSecurity-nin yazdığına görə, o, bildirib ki, təhlükəli proqram mesajlar vasitəsilə avtomatik şəkildə yayılır.
İstifadəçi Huawei Mobile mobil əlavəsinə keçid ilə bağlı bağlantı əldə edir və ona bildirilir ki, əlavəyə keçdiyi təqdirdə, onun markadan yeni smartfon qazanmaq şansı var. İstifadəçi linkə klik etdikdən sonra isə virus smartfona nüfuz edir. İstifadəçi linkə klik etdikdən sonra, əlavəni yükləmək üçün Google Play tətbiq mağazasına oxşar tətbiq əldə edir. İstifadəçi tətbiqi yüklədikdən sonra, bildirişlərə giriş əldə etmək üçün icazə istəyir. Yalnız bundan sonra hücumlar başlayır. Tez cavab funksiyasından istifadə etməklə təhlükəli bağlantı digər istifadəçilərə də ötürülür. Stefanko bildirir ki, belə zərərli bağlantı saatda bir dəfə istifadəçiyə göndərilə bilər. Bu isə onun təhlükəli proqram olmamasını maskalamaq üçündür. 26 yanvar tarixində dərc edilmiş materialda deyilir ki, təkcə bu virus Android əməliyyat sistemi ilə çalışan smartfonlarda yayılır.
Bildirək ki, qonşu ölkə Rusiyanın Roskaçestve qurumu şəxsi məlumatların qorunmasına dair özünün tövsiyələrini verib. Ekspertlərin sözlərinə görə, 2020-ci ilin I rübündə bütün oğurlanmış məlumatların yarısı loqin və parollar olub. Məlumatların oğurlanması riskini minimallaşdırmaq üçün birinci növbədə təhlükəli linklərə klik etməmək tövsiyə edilir.