Amazon öz əlavəsində yeni ikonunu təqdim edib. Köhnə ikon kartonun üzərində təbəssümü xatırladan ikon ilə əvəz edilib. Yeni təbəssüm ikonundan çatdırılmalarda və firma nişanı kimi istifadə ediləcək.
Facemark.az-ın məlumatına görə, The Verge nəşri yazır ki, yeni dizayn daha sadə və yaddaqalan olub.
Ancaq görünür, yeni ikon təkcə sadə dizaynına görə xatırlanmayacaq. Bir çox istifadəçi tərəfindən yeni ikon daha eleqant və oyunvari olub. Başqaları isə hesab edib ki, yeni ikon Hitlerin səliqə ilə qırxılmış bığlarını xatırladıb.
“Mənim valideynlərim hər gün Amazondan istifadə edir. Ancaq yeni ikon dəyişikliyinə görə, onların başı qarışacaq. Onlar soruşanda ki Amazon hara gedib? Mən onlara deyəcəyəm ki, onlar karton Hitleri axtarmağa gediblər”, - deyə Twitter istifadəçilərindən biri deyib.
Texnoblogger Con Prosser isə deyib ki, Amazon-un yeni loqotipi “Reyx” bölməsində ən çox yüklənən əlavələrdən üçüncüsü olacaq. O, deyib ki, Amazon App Store-nin alış-veriş bölməsində üçüncü sırada qərarlaşıb.


