Çin şirkəti ByteDance 2020-ci ildə gəlirlərini 2 qat artırmağa nail olub.


Facemark.az xəbər verir ki, bu haqda Bloomberg və The Information nəşri mənbəyə istinadən yazıb.


Təxmini gəliri fikirləşən zaman, hər iki portal fərqli rəqəmlər irəli sürüb. Bloomberg nəşri yazır ki, 2020-ci ildə ByteDance şirkəti 35 milyard dollar qazanıb, The Information isə yazır ki bu təxminən 37 milyard dollar olub.


IT şirkətinin əməliyyat gəliri isə KİV-in yazdığına görə 1 ildə artıb, təxminən isə 4 milyard dollardan 7 milyard dollara yüksəlib.


ABŞ-ın sabiq prezidenti Donald Tramp dəfələrlə TikTok əlavəsini ölkəsində bloklanacağı ilə bağlı xəbərdarlıq etmişdi və aralarında uzunmüddətli konflikt yaranmışdı. Ancaq ByteDance şirkətinə aid olan TikTok öz gəlirliyini dəfələrlə artırmağa nail olub. Tərəflər arasında anlaşılmazlıq TikTok-un ABŞ biznesini Oracle Corp. investorlarından ibarət olan qrupa satdıqdan sonra həll edilib.


Nəşrlər deyir ki, ByteDance şirkətinin uğuru, TikTok əlavəsinin qlobal populyarlığı və onun Çin versiyası olan Douyin-ində reklam satışının davamlı artımı ilə bağlı olub. Onun dəqiq reklam gəliri haqqında məlumat verilmir. Ancaq Reuters nəşri daha əvvəl IT şirkətinin kommersiya yerləşdirmələrdən gələn gəlirini 2020-ci ildə 27,2 milyard dollar qiymətləndirib.


AppAnnie-nin məlumatına görə TikTok əlavəsi istifadəçi başına düşən saat sayına görə populyarlığına görə digər platformaları geridə qoyub. Bu göstəiciyə görə platforma, bu ölkələrdə birinci yerə yüksəlib: Rusiya, Böyük Britaniya, ABŞ, Kanada, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya.