2020-ci ildə reklam satışları Facebook-a 84,2 milyard dollar qazandırıb, bu da 2019-cu ilin anoloji dövrü ilə müqayisədə 21% çoxdur.


Facemark.az-ın məlumatına görə, hesabata görə, şirkətin illik gəliri isə 86 milyard dollar olub. Bu halda reklam, əvvəlki dövrlərdə də olduğu kimi Facebook, Instagram və WhatsApp üçün əsas gəlir mənbəyi olaraq qalır.


Kompaniya ili 29,1 milyard dollar (+58%) həcmində xalis mənfəət ilə və gündəlik auditoriyası 1,84 milyard (+11%) ilə başa vurub. Dördüncü rübdə reklam nümayişinin həcmi 25% artıb, orta elan qiyməti isə 5% yüksəlib. Marketinq və satış xərcləri isə 8% artıb.


Facebook-un maliyyə direktoru Devid Vener, şirkətin reklam biznesinin artmasına təsir edən iki əsas trenddən danışıb. Bunlar onlayn-kommersiya və istehlakçıların xidmətlər əvəzinə məhsullara olan tələbatı göstərilib. Onun proqnozuna görə, 2021-ci ilin birinci rübündə reklamdan gəlir dinamikası pandemiyanın təsirindən dolayı daha təvazökar olacaq. Şirkət 2021-ci ilin ikinci rübündən başlayaraq isə yüksəlişə ümid edir.


Facebook-da güclü narahatlıq target reklam sahəsində olan trendlərdir. Hər şeydən öncə bu iOS 14-də olan yenilənmələr ilə bağlıdır. Onun nə vaxt işlək olacağı ilə bağlı dəqiq məlumat olmasa da, şirkət ilk nəticələrin 2021-ci ilin birinci rübünün sonunda müəyyən ediləcəyini deyir.


Bundan başqa, Vener transatlantic data transfer adlandırılan yenilənmədən narahatdır.


Facebook şikətinin rəhbəri Mark Zukerberq isə rəqibi Apple şirkətini tənqid etməkdən çəkinməyib. O, deyib ki, “alma” şirkəti istifadəçi məlumatlarının məxfiliyinə dair onlarda çaşqınlıq yaradır. Mark rəqibi haqqında deyib ki, Apple mesajlar iCloud-da toplanan zaman iMessage-də yaranan problem həll etməkdən yayınır. O, həmçinin əlavə edib ki, istifadəçi mesajlarının təhlükəsizliyi haqqında söhbət gedəndə, WhatsApp-ın daha yaxşı olduğu qənaətinə gəlirəm.


“Apple-ı əsas rəqiblərimizdən biri olaraq gördüyümüzü bildirmək istəyirəm. Biz, həmçinin, görürük ki, Apple-ın biznesi bizim və digər istehsalçıların zərərinə olan xidmətlərindən daha çox asılıdır”.


Zukerberq deyib ki, Apple şirkəti bizim və digər rəqiblərin işinə müdaxilə etmək üçün öz platformalarının üstünlük təşkil edən mövqeyindən istifadə edir: “Onlar müntəzəm olaraq öz mövqelərini möhkəmləndirmək üçün bunu edirlər”.