Clubhouse platforması ilə bağlı olaraq paylaşımlara son günlərdə, xüsusilə Twitter-də daha çox rast gəlirik. Sosial şəbəkənin nə olduğunu araşdıranlar ilə yanaşı, sadəcə baxıb keçənlərdə vardır. Amma daha çox qarşımıza çıxdığından bizdə maraq doğurub. Clubhouse ən bəsit ifadə ilə desək səs əsaslı bir sosial şəbəkədir. 90-cı illərdəki çat otaqlarını xatırlayanlar vardır. Əslində bu platforma çat otaqlarının səs əsaslı olaraq yenilənmiş versiyası olaraq qarşımıza çıxır. Clubhouse isə özünü “insanların istədiyi hər yerdə danışmağına, hekayələr paylaşmağına, fikir inkişaf etdirməyinə və dünyanın hər yerindən maraqlı yeni insanlar ilə tanış olmağına kömək olan səs əsaslı yeni bir sosial media olaraq” ifadə edir.


Sadəcə dəvəti olan iOS istifadəçiləri daxil ola bilir


Platforma haqqında bu qədər daha çox danışılmağının əsas səbəbi Clubhouse-a sadəcə hələlik iOS istifadəçiləri arasında dəvəti olanların daxil ola bilməsidir. Əslində, qapalı bir sistem olması ilə yaradılan bu gizlilik insanda maraq doğurur. Platformanı cazibəli edən digər bir nüans isə Clubhouse-da bir çox məşhura rast gəlməyinizdir.


Platformada dolaşaraq Kevin Hart, Drake, Chris Rock və ya Ashton Kutcher kimi məşhurlara qulaq asa, hətta onlara suallar belə verə bilərsiniz. Məşhur insanlar ilə göstərişsiz söhbətlər etmək və hətta müzakirələrdə iştirak etmək şansı qulağa heç də pis gəlmir.


Bəzi mənbələrdə Twitter-in səsli versiyası olaraq da ifadə edilən platformanın təklif etdiyi bu təcrübə ilə Twitter-dən daha çoxu olduğunu deyə bilərik.


Ötən il bazara çıxarılan Clubhouse Silikon Vadisi üçün bir növ simvola çevrilib. Bu gün isə o niş bir sosial platformadan, popular bir platformaya doğru yavaş-yavaş gedir.


New York Times-da dərc edilən xəbərə görə, dekabrda platformadan 600 000 nəfər qeydiyyatdan keçib.


Paul Davison və Rohan Seth-in qurucusu olduğu platformanın 2020-ci il may məlumatına görə, sadəcə 500 000 qeydiyyatdan keçən istifadəçisinin olduğunu xatırladaq. Yenə eyni dövrdə platformanın 100 milyon dollar bir dəyərinin olduğunu deyirlər. İndiyədək Andreessen Horowitz liderliyində 10 milyon dollar investisiya alıb.


Clubhouse necə istifadə edə bilərik?


Bir iPhone istifadəçisi olaraq necəsə dəvət alın ClubHouse-a qoşuldunuz. Sizi necə bir təcrübə gözləyir?, gəlin buna baxaq. Clubhouse-ni fərqli mövzularda canlı, sərbəst axışı olan, istər sadəcə dinləyə biləcəyiniz, istərsədə daxil ola biləcəyiniz bir podcast-a oxşada bilərsiniz. Özəl yazışma, ya da yazılı şərhlərə burada yer yoxdur. Kamera açmaq da yoxdur. Söhbət otaqlarında spikerlər sadəcə səsli kommunikasiya qurur, dinləyicilər də bu canlı söhbətə şahidlik edir.


Platforma içində, hər kəsin iştirakına açıq olan, sadəcə izləyəcəkləriniz ilə söhbət quracağınız, ya da kənardan kimsənin iştirak etməyəcəyi söhbət seçimləri olmaqla, 3 fərqli müzakirə başalada bilirsiniz.


Ya da heç danışmadan istədiyiniz otaqda dinləyici ola bilərsiniz. Əlinizi qaldırsanız, söhbətə qatılmaq üçün səhnəyə çağrıla bilərsiniz. Söhbətə fayda verdiyinizdə, moderator da ola bilərsiniz. Bu digərlərini səhnəyə çağırmağınıza kömək edəcək. Platformada səslər qeydə alınmır və danışılanlar sadəcə anlıq olaraq axıb gedir. Bundan başqa, Clubhouse getdikcə, daha çox maraq doğurub və xəbər saytları platforma ilə əlaqədar bəzi tənqidlər də ediblər.


Verge, iyul ayında, platformanın kontentini analiz etmək üçün bir planı olmadığını yazdı. Vanity Fair isə dekabrda, Clubhouse-ın qadın düşmənliyi və irqçilik üçün bir sığınacaq olduğunu bildirdi. Times isə Clubhouse-a insanları istismardan qorumaq üçün çox şey etmədiyinə dair çox sayda şikayət olduğunu ifadə edən məqalə paylaşdı. Tənqidçilər nə qədər haqlı olsalar da, podcast mədəniyyəti gedərək daha da genişlənir. Oxşar səs əsaslı platformaların isə gedərək istifadəçilər tərəfindən daha rahat qarşılıq alır. Bundan sonrakı dövrdə isə bu formatdakı platformaların sayının artacağını deyə bilərik.