Bu gün koronavirus epidemiyasından dolayı biznes dünyasının bir qismi evdən çalışma modelinə məcburi olaraq keçid edib. İşlərimizi, iclaslarımızı video konfrans platformaları üzərindən reallaşdırmaq adi bir rutininimizə çevrilib.


Facemark.az xəbər verir ki, istifadəçilərin platformalar vasitəsilə bağlantı qurmasını asanlaşdırmaq istəyən Facebook, Google Meet, Zoom kimi platformalar bu vəziyyətdən faydalandılar.


WhatsApp da bu müddətdə qrup zəng məhdudiyyətini 8 nəfərə yüksəldərək bu prosesə “ayaq uydurdu”.


WhatsApp Web də görüntülü söhbət funksiyasını aktiv edir


Mobil tərəfdə rəqibləri ilə uğurla mübarizə aparan WhatsApp, web tərəfdə isə səssiz qalmışdı. Nəhayət, WhatsApp Web-in görüntülü söhbət funksiyasını bu il istifadəyə verəcəyi təsdiqlənib.


Yeni funksiya ilə WhatsApp Web istifadəçiləri də səsli, ya da görüntülü zəng edə biləcəklər. İstifadəçiyə gələn zəng istəyi isə açılan bir pəncərə ilə cavab veriləcək. İstifadəçilər zəngi qəbul, yaxud rədd edə, həmçinin, cavab vermədən də saxlaya bilərlər. WhatsApp-ın yeni funksiyasını dəqiq nə zaman istifadəyə verəcəyi isə hələ ki məlum deyil. Hazırda beta mərhələsində olan funksiyanın bu il istifadəyə verilməsi gözlənilir.